Mojo.az Banner
20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |     20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |     20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |     20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |     20:01 Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:56 Cəlilabadda yaşayış evi yandı  |     19:56 Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək  |     19:51 Bu apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxıla biləcək  |     19:48 Təcili yardımın əməkdaşı vəfat edib - FOTO  |     19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |    
Mojo.az Avto
Mojo.az Avto

Britaniyanın məxfi hərbi layihələri təhlükə altındadır

06.08.2024 16:38 1 197
Britaniyanın məxfi hərbi layihələri təhlükə altındadır
ABŞ-nin yarımkeçirici istehsalçısı "Coherent"in Böyük Britaniyadakı zavodunun bağlanması ölkənin müdafiə layihələrinə təhlükə yarada bilər.

Bu barədə "The Telegraph" qəzeti məlumat yayıb

Qeyd olunur ki, Böyük Britaniyanın məxfi hərbi layihələri ölkədə qalan son mikroçip fabriklərindən birinin bağlanması təhlükəsi ilə bağlı təxirə salına bilər.

Şirkət "Apple" ilə əməkdaşlığa son qoyduğu üçün bağlana bilər. "Coherent"in hesabatında bildirilir ki, texnologiya müqavilələrinin itirilməsi onun işini sual altına alır. Hazırda şirkət istehsalata yeni texnologiyaların tətbiqi və ya biznesin satışı variantlarını nəzərdən keçirir.

"Coherent"in mühüm müştəriləri arasında krallıqda radar sistemləri, elektron döyüş cihazları və helikopterlər istehsal edən İtaliyanın "Leonardo" mühəndislik qrupu da var. Zavod, həmçinin "Typhoon" döyüş təyyarələri və Böyük Britaniyanın digər hərbi layihələri üçün çiplər tədarük edirdi.

Nəşr vurğulayır ki, zavod bağlanarsa, "Leonardo" tədarükçüləri başqa ölkələrdə axtarmağa məcbur olacaq və Böyük Britaniyanın yarımkeçiricilər sektorunda istehsal potensialı azalacaq.скачать dle 11.3
Mojo.az Banner