Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda 30 manata görə qonşusunu öldürmək istəyən şəxs yenidən hakim qarşısına çıxarılır

16.10.2023 13:26 2 394
Sumqayıtda 30 manata görə qonşusunu öldürmək istəyən şəxs yenidən hakim qarşısına çıxarılır
Sumqayıtda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elməddin Əsədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Azər İsmayılovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 17-nə təyin edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə ötən ilin martında Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisindəki 13 nömrəli məktəbin yaxınlığında qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Elməddin Əsədov münaqişə zəminində qonşusu Seymur Həsənova bıçaqla xəsarət yetirib. Daha sonra zərərçəkmiş xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. İttihama görə, hadisədən əvvəl Seymur Elməddindən 30 manat borca pul alıb. Lakin o, aldığı pulu vaxtında qaytarmayıb. Cinayət hadisəsi də elə bu səbəbdən baş verib.скачать dle 11.3
Mojo.az Banner