Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Vətəndaşlarla yazışaraq bank kartlarından oğurluq edən dəstə ələ keçdi - VİDEO

13.10.2021 14:30 2 154
Vətəndaşlarla yazışaraq bank kartlarından oğurluq edən dəstə ələ keçdi - VİDEO
Son günlər Daxili İşlər Nazirliyinə vətəndaşlardan bank kartlarından müxtəlif məbləğlərdə pul vəsaitlərinin oğurlanması, həmçinin “WhatsApp” ani mesajlaşma proqramı ilə onlara bankların adından müraciətlərin və zənglərin edildiyi barədə şikayətlər daxil olub.

Nazirlikdən verilən məlumata görə, vətəndaşlar onlara zəng edən və SMS yazan şəxslərin guya təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə kart məlumatlarının onlara göndərilməsini tələb etdiklərini bildiriblər. Məlumatları göndərən kart sahiblərinin isə sonradan hesablarından pullar onlayn yolla oğurlanıb.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən kibercinayətləri törədən mütəşəkkil dəstənin başçısı Cahad Hüseynov, onun qardaşı Nicat, qohumu Fərman Hüseynzadə, eləcə də Xanna Əliyeva və Dilşad İsmayılova saxlanılıblar.

Onların yaşadıqları paytaxt ərazisində yerləşən evlərə baxış zamanı çoxlu sayda elektron sübutlar, istifadələrində olan mobil telefon və digər məlumat daşıyıcıları vasitəsi ilə vətəndaşlara özlərini bank əməkdaşı kimi təqdim edərək göndərdikləri hazır mətn formaları, səs yazıları aşkar olunaraq götürülüb.

Qeyd edək ki, dəstə üzvlərinin vətəndaşlarla əlaqə saxlayan zaman istifadə etdikləri mobil telefon nömrələrinin heç biri onların öz adlarına olmayıb. Onlar tanımadıqları insanlara məxsus mobil nömrələri xüsusi proqramlar vasitəsi ilə ələ keçirərək zərərçəkənlərlə əlaqə saxlayıblar.

Qeyd olunan faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir. Hazırda göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner