Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər

22.09.2021 21:48 2 631
EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Avropa İnvestisiya Bankının (EIB) Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Maciej Czura ilə görüşüb.

Bu barədə Azərbaycan səfirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə EIB arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, bank tərəfindən Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması və enerji mənbələrinin şaxələndirilməsində mühüm rola malik TAP və TANAP qaz boru kəməri layihələrinin tikintisi, eləcə də Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə dəstəyinin göstərildiyi vurğulanıb.

Həmçinin Avropa İnvestisiya Bankının gələcəkdə Azərbaycanla neft-kimya məhsulları, bərpa olunan enerji mənbələri, o cümlədən külək və günəş enerjisi sahələrində əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.

Eyni zamanda görüşdə Azərbaycanın azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri barədə məlumat verilib, həmin ərazilərdə aparılan yenidənqurma işləri çərçivəsində “ağıllı şəhər” və “ağıllı kənd” də daxil olmaqla qabaqcıl texnologiyaların və innovativ həllərin tətbiqinə xüsusi diqqət yetirildiyi vurğulanıb və bu istiqamətdə EİB ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.скачать dle 11.3
Mojo.az Banner