Mojo.az Banner
22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |     20:48 Kartdan-karta köçürmələrə qoyulan limit ləğv edilir?  |     20:40 "Meta" "Instagram", "Facebook" və "WhatsApp" üçün vahid abunə xidmətini təqdim etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib

18.09.2021 22:03 1 764
Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib
ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Frenk Makkenzi pilotsuz təyyarələrin köməyi ilə Əfqanıstanın paytaxtı Kabildə avtomobilə dinc insanların ölümü ilə nəticələnən hava zərbəsinin endirilməsinin səhv olduğunu etiraf edərək üzr istəyib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"İndi əminəm ki, 10 dinc sakin, o cümlədən 7 uşaq, bu zərbə ilə faciəli şəkildə öldürülüb", - dinc sakinlərin həlak olması haqqında xəbərlərdən sonra araşdırmanın nəticələri haqqında danışan Makkenzi deyib.

Onun sözlərinə görə, həmçinin avtomobildə öldürülənlərin İŞİD-lə bağlı olması ağlabatan deyil.

Frenk Makkenzi etiraf edib ki, zərbə səhv olub.

"Mən əməliyyata nəzarət etmiş sərkərdə kimi bu zərbəyə və onun faciəli nəticəsinə görə məsuliyyət daşıyıram", - Makkenzi qeyd edib.

General gələcəkdə Əfqanıstanda terrorçulara zərbələr endiriləcəyi təqdirdə ABŞ-ın daha diqqətli və daha uzun müddətli potensialı hədəf seçəcəyini, bu səbəbdən səhvlərin mövcudluğu ehtimalının daha az olacağını vurğulayıb. Makkenzinin sözlərinə görə, Kabilə zərbə endirilməsi məsələsində Əfqanıstanın paytaxtındakı hava limanında insanların təhlükəsizliyi təhlükədə olduğu üçün ordunun sürətli qərar verməsinə ehtiyac olub. "Düzgün nəticələr vermə ehtimalımızın kifayət qədər yüksək olduğu ehtimalına əsaslanaraq hərəkət etdik", - o deyib.

Makkenzi vurğulayıb ki, ABŞ ola bilsin, həlak olanların qohumlarına təzminat ödəyəcək.скачать dle 11.3
Mojo.az Banner