Mojo.az Banner
21:43 Состояние Джо Байдена ухудшилось  |     20:26 У побережья Омана атаковали грузовое судно  |     17:34 Месси получил наибольшее количество угроз во время ЧМ-2026  |     16:33 Турция ограничивает проход коммерческих судов в Черное море  |     13:42 Поезд с российской пшеницей и улем для Армении отправился со станции Баладжары  |     13:37 В Гобустанском районе Hyundai врезался в фонарный столб: есть погибший  |     13:30 Ведущая китайская модель ИИ вырвалась из-под контроля разработчиков  |     13:25 В Сумгайыте растет масштабный провал дороги: под угрозой обрушения находятся объекты - ВИДЕО  |     13:18 Скандал в бакинском детсаду: ребенка с сахарным диабетом отстранили от посещения без объяснения причин - ВИДЕО  |     13:13 В Ходжавендском районе трактор подорвался на мине  |     22:31 Испанская "Гранада" расторгла контракт с сыном Зинедина Зидана  |     22:19 Арестован адвокат Ильгар Гамидов  |     21:52 Мощный взрыв в Иране в районе дислокации военных: есть погибшие  |     21:17 В Лачыне произошел пожар  |     21:13 В Баку и Зангиланском районе выявлены факты незаконной вырубки деревьев  |     20:33 Вынесен приговор заместителю Сулеймана Микаилова, занимавшему этот пост 10 лет  |     20:31 В Абшеронском районе из дома украли золото: подозреваемые задержаны  |     20:30 Мастантуоно перешел из "Реала" в "Фиорентину" на правах аренды  |     19:15 Трамп заявил, что может стать последним президентом-республиканцем в США  |     18:59 Россия нанесла массированные удары по нефтегазовым объектам Украины  |    
Left Banner
Right Banner

Prezident: “Təkcə dronlarla Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik”

15.10.2020 12:22 2 259
Prezident: “Təkcə dronlarla Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik”
“Türkiyənin hərbi iştirakı daha bir feyk xəbərdir. Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.

“Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq. Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil”.

Dövlət başçısı bildirib ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə:

“Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pulsuz əldə ediblər”.скачать dle 11.3
Mojo.az Banner