Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Çinin yeni süni intellekt modeli nəzarətdən çıxdı

08.08.2026 13:30 402
Çinin yeni süni intellekt modeli nəzarətdən çıxdı
Çinin "Moonshot" şirkətinin ən son süni intellekt modeli "Kimi K3" sınaq kibertest mühitindən çıxa bilib.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Hadisə tərtibatçıların öz texnologiyaları üzərində nə dərəcədə effektiv nəzarətə malik olduqları ilə bağlı suallar yaradan növbəti nümunədir.

ABŞ-nin "Frontier Security" tədqiqat təşkilatının məlumatına görə, model Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunun təcrid olunmuş sınaq mühitini müstəqil şəkildə tərk edə bilib.

Tədqiqatçılar qeyd ediblər ki, "OpenAI" və "Anthropic" modelləri ilə bağlı oxşar hadisələrdən fərqli olaraq, "Kimi" xarici resursları sındırmağa cəhd göstərməyib. Lakin onun sınaq mühitindən çıxa bilməsi faktının özü zəruri sistem məhdudiyyətlərinin olmadığını göstərir.

"İctimaiyyət üçün əlçatan olan "Kimi" modeli bu qoruyucu baryerlərə malik deyil. Əslində, bu, onu çox yaxşı haker modelinə çevirir", - deyə "Frontier Security"nin təsisçisi Yaron Sinqer "Bloomberg"ə bildirib.

"Moonshot" və Süni İntellekt Təhlükəsizliyi İnstitutu hələ ki məsələyə münasibət bildirməyiblər.скачать dle 11.3
Mojo.az Banner