Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb

03.09.2019 22:59 1 894
Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
Saatlı rayonunda iki nəfərin xəsarət alması ilə nətcələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaralar kənd ərazisində qeydə alınıb.

Belə ki, "Şaqman" markalı yük maşını ilə minik avtomobili toqquşub. Qəza nəticəsində Ağcabədi sakini, 1999-cu il təvəllüdlü Rzayev Elgün Etibar oğlu və Saatlı şəhər sakini, 1999-cu il təvəllüdlü Məhərrəmli Zamiq Rövşən oğlu müxtəliif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər