Məhkəmədən qaçan azərbaycanlı Surqutda ələ keçib
2018-ci ilin mayından Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Surqutda ələ keçib.
Məhkəmədən boyun qaçıraraq, Rusiya Federasiyasında gizlənən azərbaycanlı artıq ekstradisiya edilib.
Bu barədə yerli prokurorluqdan bildirilib.
X.T.Zamanov vəzifədən sui-istifadə edərək dələduzluq, vətəndaşa əhəmiyyətli dərəcədə zərər vurma, vəzifəli şəxsə rüşvət verməyə təhrik kimi cinayətlərdə ittiham olunub.
Yerli prokurorluq tərəfindən aparılan ekstradisiya (cinayətkarların təhvil verilməsi) yoxlamalarının nəticələrinə əsasən, 2019-cu ilin iyulunda Rusiya Federasiyasının Baş Prokurorluğu X.T.Zamanovun təhvil verilməsi haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusunu müsbət cavablandırıb və cinayətkar ölkəsinə göndərilib.