Mojo.az Banner
23:44 Tural Abbaslı: “Bu gün gənclərə tərbiyəni nə məktəb, nə də universitet verir.”  |     23:03 Daha bir şəhidin nəşi 32 il sonra tapıldı  |     22:53 Məşhur cütlük evliliklərini göylərdə qeyd etdi  |     22:43 "Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov  |     22:13 Eynək seçərkən diqqətli olun  |     22:08 “ChatGPT” pulunuza da nəzarət edəcək  |     21:59 Moskvaya uçan 20 dron vurulub  |     21:53 Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir  |     21:45 Ov qadağası balıq bazarına necə təsir edir? - Video  |     21:40 Məşhur avtomobil markası silah istehsalına başlayır?  |     21:32 Çox işləmək piylənməyə səbəb olur  |     21:25 Levandovski "Barselona"dan ayrılacağını açıqladı  |     21:20 Haqqında film çəkilən deputat vəfat etdi (FOTO)  |     21:14 Dövlət proqramında bu ixtisaslara üstünlük veriləcək  |     21:06 YouTube 18 yaşdan yuxarı bütün istifadəçilərə süni intellektlə deepfake aşkarlamasını açıq etdi  |     21:01 Ən çox görülən yuxular hansılardır? - Ekspertlər onların mənasını açıqladı  |     20:53 Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olundu  |     20:47 "Şamaxı" və "Qarabağ" qələbə qazanıb  |     20:39 Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək  |     20:34 Türkiyəyə dron düşdü  |    
Left Banner
Right Banner

Bakının bu rayonlarında binalar söküləcək: Kompensasiya məbləği açıqlandı – ÜNVANLAR

02.09.2019 18:41 1 984
Bakının bu rayonlarında binalar söküləcək: Kompensasiya məbləği açıqlandı – ÜNVANLAR
Bakının altı rayonunda yerləşən və kəskin qəzalı vəziyyətdə olan 17 bina söküləcək. 

Paytaxtda söküləcək qəzalı binalarla bağlı qərarı Bakı Şəhər İcra Hakimiyyəti verib. 

Kəskin qəzalı binalar Bakının Binəqədi, Yasamal, Səbail, Sabunçu, Suraxanı və Xətai rayonlarında yerləşir. Həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmadığından sakinlərin köçürülməsi barədə qərar qəbul edilib.

Binəqədi rayonunda yerləşən iki ünvanda qəzalı vəziyyətdə olan binaların sakinlərinə 30 kv metr sahəsi olan mənzillərə görə 30 min manat yardım, bundan artıq sahəli mənzillərin hər kvadrat metrinə görə isə min manat ödənilməsi nəzərdə tutulub. Bu barədə Baku.ws-ə Bakı Şəhər Binəqədi rayon İcra Hakimiyyətinin müvafiq şöbəsindən məlumat verilib:

“Müvafiq komissiya tərəfindən verilmiş qərara görə, Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsi 41 və Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı 2 girişli 5 mərtəbəli yataqxana tipli binalarda yaşayan sakinlərə, 30 kv metr sahəsi olan mənzillərə görə 30 min manat yardım, bundan artıq sahəli mənzillərin hər kvadrat metrinə görə min manat ödənilməsi nəzərdə tutulub. Eyni zamanda, onlara ev əşyalarının daşınmasına köməklik, bir aylıq kirayə haqqına görə 500 manat əlavə vəsait veriləcək. Prosesə iyul ayından başlanılıb. Hazırda vətəndaşlarla razılaşmalar aparılır. Bu ünvanlarda olan yataqxanalarda köçürülmə prosesinə başlanılıb. Bu günə qədər 90 mənzil sahibi ilə razılaşma əldə olunub. Onların 50 faizi yardım alıb, digərlərinin sənədləri ilə bağlı işlər aparılır. Həmin sakinlərin sənədlərinin öyrənilməsinə əlavə vaxt tələb olunduğundan, köçürülmə prosesi mərhələli şəkildə davam etdirələcək.”

Qeyd edək ki, Bakının 6 rayonunda yerləşən kəskin qəzalı vəziyyətdə olan və söküləcək binaların siyahısnı təqdim edirik:


BAKININ RAYONLARINDA SÖKÜLƏCƏK KƏSKİN QƏZALI BİNALAR
Binəqədi rayonu8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi 41,

Koroğlu Rəhimov küçəsi 53A
Yasamal rayonuM.A.Əliyev küçəsi 150
Səbail rayonu 20-ci sahə, A.İsmayılov küçəsi 51

Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6

A.Əsədullayev küçəsi 27

M.Rəsulzadə dalan 3, ev 2
Sabunçu rayonuB.Bünyadov küçəsi, 7A

2 Aprel küçəsi, ev 8A

2 Aprel küçəsi-18

D.Pişəvari küçəsi 13Q

D.Pişəvari küçəsi 15

Park küç-32

S.Bəhlulzadə dön-17 ev- 15
Suraxanı rayonuİ. Məmmədov küç. 6

İ. Məmmədov küç-8
Xətai rayonu General Şıxlinski küçəsi 42


скачать dle 11.3
Mojo.az Banner