Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ekspert Ələt-Astara yolundakı qəzaların səbəbini açıqladı — Təkliflərini verdi

31.08.2019 22:00 2 048
Ekspert Ələt-Astara yolundakı qəzaların səbəbini açıqladı — Təkliflərini verdi
Xəbər verdiyimiz kimi, ötən gün yeni Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissədə ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Median.Az-ın məlumatına görə, sözügedən hadisə ilə bağlı fikirlərini bölüşən yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov həmin yolda tez-tez belə ağır qəzaların baş verməsinin əsas səbəbi kimi süni işıqlandırmanın olmamasını göstərib.

“Diqqət edirsinizsə, ağır hadisələrin mütləq əksəriyyəti qaranlıq vaxtı baş verir. Əsas səbəb də bununla bağlıdır. Yolda süni işıqlandırma yoxdur, yüksək sürətlə intensiv qarşılıqlı hərəkət var (demək olar ki, hər zaman qarşı hərəkət hissəsi ilə avtomobil gəlir)”, - Hüseynov sosial şəbəkə hesabında qeyd edib.


O, bu şəraitdə iki ciddi problemin yarandığını bildirib:

“1) sürüclərin bəziləri yaxın işıqdan istifadəyə məcbur olduğuna görə zəruri məsafəni görə bilmir, orada olan istənilən maneə (dayanan avtomobil, hətta azacıq döngələrdə qoruyucu sədlər və s.) sürücü üçün görünməz olur. Yaxın işığın düşdüyü məsafədə həmin maneəni görən sürücünün manevr imkanı ya olmur, ya da sərt manevr edərək qəzaya uğrayır;
2) xeyli sürücü qarşıdan gələnlərə məhəl qoymadan uzaq işıqla sürür. Bu halda uzaq işıq gözünə düşən sürücü praktiki olaraq heç nəyi görmür, qarşıda gözlənilməz maneəyə və ya döngələrdə ayırıcı zolaqdakı və ya yolkənarı qoruyucu səddə çırpılır”.

Hüseynov problemi aradan qaldırmaq üçün bir neçə təklif irəli sürüb:

“1) Ləngitmədən həmin yol tam işıqlandırılmalıdır. Müsair az enerji sərf edən, hətta alternativ enerjidən istifadə edən işıqlandırma sistemi yaradılmalıdır;

2) Bütün yol boyu nişanlanma xətləri müasir işıqqaytarıcı boyalarla işlənməlidir, özü də hərəkət hissələrinin kənarları avtomagistral üçün nəzərdə tutulan 1.2 xətti ilə işarələnməlidir. Ayırıcı zolaqdakı və kənarlardakı qoruyuci sədlər isə standarta uyğun işıqqaytarıcı elementlərlə (üçbucaqlı bayraqçıqlarla) təmin edilməlidir”.

Ekspert sürücülərə bunları tövsiyə edib:

“1) 5.1 nişanına və üzərində "110-120" yazılan 3.24 nişanına aldanıb çox yüksək sürətlə sürməsinlər (xüsusən qaranlıqda), görünmə şəraitinə uyğun sürət seçsinlər;
2) İşıq cihazlarından düzgün istifadə etsinlər, digər sürücülərə hörmət edərək, qarşıdan gələnlər varsa, qaydalara uyğun olmaqla uzaq işıqdan istifadə etməsinlər”.

Son xəbərlər