Mojo.az Banner
SON DƏQİQƏ
16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

İyulda Azərbaycanda qızılca xəstəliyinə yoluxmuş insanların sayı açıqlandı

30.08.2019 16:06 5 758
İyulda Azərbaycanda qızılca xəstəliyinə yoluxmuş insanların sayı açıqlandı
İyul ayında Azərbaycanda qızılca xəstəliyi ilə bağlı olaraq cəmi iki hadisə qeydə alınıb.

Bu barədə oxu.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

Qurum rəsmisi bu il 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyinə qarşı aparılan tədbirlər nəticəsində mart ayından xəstəliyin azalmasının müşahidə olunduğunu bildirib:

"2018-ci ilin noyabr ayından başlayaraq, ölkə əhalisi arasında, əsasən, 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyi qeydə alınıb.

Sanitariya-epidemioloji xidmət orqanları tərəfindən hər bir qızılca xəstəliyi aşkar edilən xəstəlik ocaqlarında epidemioloji təhqiqatların aparılması, xəstələrin digər sağlam şəxslərlə təmasının məhdudlaşdırılması, maarifləndirici işlərin aparılması, müalicə idarələri tərəfindən xəstələrin vaxtında və effektiv müalicəyə cəlb edilməsi nəticəsində xəstəliyin geniş əhali kütləsi arasında yayılmasının qarşısı alınıb.

Aparılan səmərəli profilaktik və müalicə tədbirləri nəticəsində xəstəliyin ciddi ağırlaşmaları baş verməyib.

Qısa müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən yuxarı yaşlı əhalinin peyvənd olunması üçün ölkəyə qızılca-məxmərək əleyhinə vaksin gətirilib. Cari ilin mart-aprel aylarında ölkənin bütün ərazisində 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyinə qarşı təmizləyici immunlaşdırma tədbirləri aparılıb.

Bununla yanaşı, uşaq və yeniyetmələr arasında qızılcaya qarşı peyvəndlə əhatə olunma tədbirləri də gücləndirilib. Nəticədə, mart ayından başlayaraq xəstəliyin səviyyəsində azalma müşahidə olunub. İyul ayında isə cəmi iki hadisə qeydə alınıb".

Qeyd edək ki, fevralın 28-də səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.скачать dle 11.3

Son xəbərlər