Mojo.az Banner
14:35 "İdrak" liseyində müəllimini silahla vuran şagirdin İTTİHAMI AĞIRLAŞDIRILDI  |     14:25 Bölgələrə avtobusla səfər edənlərin NƏZƏRİNƏ  |     14:12 Azərbaycanda müğənni qəfil vəfat etdi - FOTO  |     13:20 Günəşdə aktivlik müşahidə olunur: Yer üçün təhlükə varmı?  |     12:59 Face Pay-dən “myGov”a: Yeni rəqəmsal həyat tərzi formalaşır  |     12:54 Kiçik sahibkarlıq zəiflədikcə bahalaşma artır  |     12:48 Niyə BOKT-lar banklardan daha çox tələb görür? – Ekspert SƏBƏBLƏRİ AÇIQLADI  |     12:33 Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - VİDEO  |     12:25 500-ə yaxın dərman preparatlarını ölkəyə qanunsuz yolla keçirmək istədilər  |     12:19 Tanınmış estetik mərkəzlə bağlı cinayət işində təqsirləndirilənlərdən XƏBƏR VAR  |     12:11 ABŞ-nin dövlət katibi Ermənistana səfər edəcək  |     12:09 Yağışa görə buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlərə ŞAD XƏBƏR  |     12:08 Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan olunub  |     12:06 Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər - FOTO  |     11:59 İnterpol xətti ilə axtarılan Azərbaycan vətəndaşı Ukraynadan gətirilir  |     11:57 Ölkə ərazisində intensiv yağıntılar davam edir - FAKTİKİ HAVA  |     11:55 Dünən keçirilən imtahanların düzgün cavabları açıqlanıb  |     11:52 Qurban bayramı ilə bağlı fətva verildi  |     11:49 Rusiyada küçə musiqisi faciə ilə nəticələndi: 11 yaşlı oğlan güllələndi  |     11:48 Alimlərdən sensasion kəşf: Pişiklərlə insan xərçəngi arasında əlaqə tapıldı  |    
Left Banner
Right Banner

Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb

21.08.2019 17:23 3 652
Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb
Dünyada qızılca xəstəliyi sürətlə yayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, 20 milyon insanın həyatı risk altındadır.

2019-cu ilin altı ayı ərzindəki statistika göstərir ki, qızılca xəstəliyi 2006-cı ildən bu yana pik həddə çatıb.

Qızılca xəstəliyinə yoluxma bəzi insanlarda ağır xəstəliklərə, ölümə və əlil olma hallarına gətirib çıxarıb.

Bu xəstəliyin ağır keçməsinin səbəblərindən biri də peyvəndlənmənin həyata keçirilməməsidir.

ÜST və UNICEF-in bu ilin iyul ayında açıqladığı hesabatda göstərilib ki, uşaqların 86 faizinə qızılcaya qarşı birinci doza peyvənd vurulub. 69 faizi isə ikinci dərəcəli dozada vaksin olunub. Bu isə o deməkdir ki, 2018-ci ildə 20 milyon uşaq peyvəndlənməyib.

2019-cu ilin yanvar-iyul aylarının statistikasına görə, 182 ölkədə 364 808 qızılcaya yoluxma halı qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə 181 ölkədə 129 239 nəfər qızılca xəstəliyinə tutulub.

Ümumiyyətlə, 2016-cı ildən etibarən qızılca xəstəliyi daha da artır.

Bu il Konqo Demokratik Respublikası, Madaqaskar və Ukraynada qızılca daha çox yayılıb. Anqola, Kamerun, Çad, Qazaxıstan, Nigeriya, Filippin, Cənubi Sudan, Sudan və Taylanda isə qızılca ilə bağlı vəziyyət kritik həddə çatıb.

ÜST-nin məlumatına görə, 2019-cu ildə Amerika Birləşmiş Ştatlarında qızılcaya yoluxma halı son 25 ildə ən yüksək göstəriciyə çatıb. Avropada isə 90 minə yaxın şəxs qızılcaya yoluxub. 2018-ci ildə bu rəqəm 84 462 olub.

Azərbaycan Səhiyyə Nazirliyi ölkədə qızılca xəstəliyinə görə epidemioloji vəziyyət barədə Oxu.Az-ın soğrusunu cavablandırıb.

Nazirlikdən bildirilib ki, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, həmçinin Azərbaycanla sərhəd olan Rusiya Federasiyası və Gürcüstanda qızılca xəstəliyi alovlanıb.

Qeyd olunub ki, həmin ölkələrlə intensiv miqrasiyanın mövcudluğu nəticəsində 2018-ci ilin noyabr ayından başlayaraq Azərbaycan əhalisi arasında, əsasən, 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyi qeydə alınmağa başlanıb.

"Sanitariya-epidemioloji xidmət orqanları tərəfindən hər bir qızılca xəstəliyi aşkar edilən xəstəlik ocaqlarında epidemioloji təhqiqatlar aparılıb.

Xəstələrin digər sağlam şəxslərlə təmasının məhdudlaşdırılması, maarifləndirici işlərin aparılması, müalicə idarələri tərəfindən xəstələrin vaxtında və effektiv müalicəyə cəlb edilməsi nəticəsində xəstəliyin geniş əhali kütləsi arasında yayılmasının qarşısı alınıb. Aparılmış səmərəli profilaktik və müalicə tədbirləri nəticəsində xəstəliyin ciddi ağırlaşmaları qeydə alınmayıb.

Qısa müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən böyük yaşlı əhalinin peyvənd olunması üçün ölkəyə qızılca-məxmərək əleyhinə vaksin gətirilib. Cari ilin mart-aprel aylarında ölkənin bütün ərazisində 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyinə qarşı təmizləyici immunlaşdırma tədbirləri aparılıb", - deyə Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunub ki, bununla yanaşı, uşaq və yeniyetmələr arasında qızılcaya qarşı peyvəndlə əhatə olunma tədbirləri də gücləndirilib:

"Nəticədə, 2019-cu ilin mart ayından başlayaraq xəstəliyin səviyyəsində azalma müşahidə olunub və iyulda cəmi iki hal qeydə alınıb".скачать dle 11.3
Mojo.az Banner