Mojo.az Banner
Left Banner
Right Banner

“Instagram” öz messencerini sınaqdan keçirməyə başladı

28.08.2019 20:42 1 730
“Instagram” öz messencerini sınaqdan keçirməyə başladı
"Facebook" şirkəti "Threads" adlı yeni messencerini sınaqdan keçirməyə başlayıb. İstifadəçilər bu messencer vasitəsilə "Instagram"da öz dostları ilə məzmunu paylaşa biləcəklər.

Median.Az
"ICTnews"a istinadən xəbər verir ki, şəkil, mətn və çarxlardan əlavə hərəkət sürəti, olduğu yer, akkumulyatorun iş vaxtı haqqında avtomatik paylaşım etmək mümkün olacaq.

Messencer istifadəçinin şəbəkədə olub-olmamasını avtomatik rejimdə qeyd edəcək.

Hazırda proqram daxili yoxlamadan keçir. Proqramın istifadəyə veriləcəyi tarix açıqlanmır. "Instagram"ın rəsmisi bu məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
скачать dle 11.3
Mojo.az Banner