Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

"Facebook", "Instagram" və "Messenger"də yeni funksiya

09.04.2025 11:39 1 467
"Meta" şirkəti 16 yaşdan kiçik istifadəçilər üçün "Facebook" və "Messenger"də xüsusi hesablar - "Teen Accounts"un işə salındığını elan edib. Yeniyetmələri avtomatik olaraq tətbiqlərin təhlükəsiz istifadə rejiminə qoşan yeni funksiya əvvəlcə ABŞ, Böyük Britaniya, Avstraliya və Kanadada əlçatan olacaq, sonra isə digər regionlarda da yayılacaq.

Bu barədə "TechCrunch" nəşri xəbər verir.

"Teen Accounts" ilk dəfə ötən ilin sentyabrında "Instagram"da meydana çıxıb. "Meta" həmçinin "Instagram"da "Teen Accounts" üçün yeni daxili qoruma funksiyalarının tətbiq edilməsi barədə məlumat verib.

Funksiyanın "Facebook" və "Messenger"ə genişləndirilməsi o deməkdir ki, yeniyetmələr avtomatik olaraq qeyri-müvafiq məzmuna və arzuolunmaz əlaqələrə girişi məhdudlaşdırmaq üçün hazırlanmış mühitə yerləşdiriləcəklər. 16 yaşdan kiçik istifadəçilər "Teen Accounts"un hər hansı parametrlərini dəyişdirmək üçün valideynlərinin icazəsini almalı olacaqlar.

"Meta"nın işə salma ilə bağlı bloqunda dəqiq məhdudiyyətlər açıqlanmasa da, şirkət "TechCrunch"a elektron poçt vasitəsilə bildirib ki, yeniyetmələr yalnız abunə olduqları və ya əvvəllər yazışdıqları şəxslərdən mesaj ala biləcəklər.

Bundan əlavə, yeniyetmənin hekayələrini yalnız dostları görə və onlara cavab verə biləcəklər. Qeydlər, qeyd etmələr və şərhlər də dostlar və ya abunəçilər dairəsi ilə məhdudlaşdırılacaq.

Yeniyetmələr həmçinin gündə bir saat sosial şəbəkələrdən istifadə etdikdən sonra fasilə etmək lazım olduğu barədə xatırlatmalar alacaqlar. Bundan əlavə, gecə vaxtı onlar üçün avtomatik olaraq "Səssiz rejim" aktivləşdiriləcək.

"Instagram"dakı yeni məhdudiyyətlərə gəlincə, 16 yaşdan kiçik yeniyetmələr valideynlərinin icazəsi olmadan platformada canlı yayıma çıxa bilməyəcəklər. Həmçinin şəxsi mesajlarda ehtimal olunan çılpaq bədən təsvirlərini ehtiva edən şəkillərin bulanıqlaşdırılması funksiyasını söndürmək üçün də valideyn razılığı tələb olunacaq.скачать dle 11.3

Son xəbərlər