Mojo.az Banner
23:44 Tural Abbaslı: “Bu gün gənclərə tərbiyəni nə məktəb, nə də universitet verir.”  |     23:03 Daha bir şəhidin nəşi 32 il sonra tapıldı  |     22:53 Məşhur cütlük evliliklərini göylərdə qeyd etdi  |     22:43 "Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov  |     22:13 Eynək seçərkən diqqətli olun  |     22:08 “ChatGPT” pulunuza da nəzarət edəcək  |     21:59 Moskvaya uçan 20 dron vurulub  |     21:53 Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir  |     21:45 Ov qadağası balıq bazarına necə təsir edir? - Video  |     21:40 Məşhur avtomobil markası silah istehsalına başlayır?  |     21:32 Çox işləmək piylənməyə səbəb olur  |     21:25 Levandovski "Barselona"dan ayrılacağını açıqladı  |     21:20 Haqqında film çəkilən deputat vəfat etdi (FOTO)  |     21:14 Dövlət proqramında bu ixtisaslara üstünlük veriləcək  |     21:06 YouTube 18 yaşdan yuxarı bütün istifadəçilərə süni intellektlə deepfake aşkarlamasını açıq etdi  |     21:01 Ən çox görülən yuxular hansılardır? - Ekspertlər onların mənasını açıqladı  |     20:53 Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olundu  |     20:47 "Şamaxı" və "Qarabağ" qələbə qazanıb  |     20:39 Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək  |     20:34 Türkiyəyə dron düşdü  |    
Left Banner
Right Banner

AMEA-nın alimləri ordumuz üçün yeni avadanlıq hazırladı

28.08.2019 14:35 2 616
AMEA-nın alimləri ordumuz üçün yeni avadanlıq hazırladı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri çərçivəsində hazırlanmış növbəti layihəsinin təqdimatı keçirilib.

Akademiyadan verilən məlumata görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, SETM müharibə şəraitində olan Azərbaycan üçün böyük əhəmiyyətə malik elmi-tədqiqat işlərinin hazırlanması, yeni və mövcud layihələrin davam etdirilməsi, eləcə də yekun nümunənin sınaqdan keçirilməsini uğurla davam etdirir.

A.Əlizadə Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan siyasətin, eyni zamanda çoxsaylı tədbirlərin davamı olaraq Akademiya tərəfindən həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işləri üzrə layihələrin genişləndirilməsi və inkişaf etdirilməsinin olduqca aktual olduğunu diqqətə çatdırıb.

Mövcud və perspektiv elmi tədqiqat işləri barədə məlumat verən SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev bildirib ki, hazırda SETM və AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən müvafiq dövlət qurumları ilə birgə layihələr çərçivəsində işlər görülür. O, həmçinin layihələrin həyata keçirilməsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının xüsusi xidmətləri olduğunu vurğulayıb.

SETM rəhbəri diqqətə çatdırıb ki, ilin sonunadək daha bir neçə layihənin təqdim olunması nəzərdə tutulur.

Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının səlahiyyətli nümayəndəsi, polkovnik Arif Həsənov və SETM rəhbərinin müavini, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov təqdim olunan hərbi məmulatın texniki parametrləri və potensial döyüş şəraitində istismarı barədə ətraflı məlumat veriblər.

Polkovnik A.Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, 2019-cu il mayın 1-dən 3-dək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərdə, həmçinin Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərində SETM-in hərbi məmulatlarının nümayiş olunduğunu deyib. O bildirib ki, maksimal distansiya, mürəkkəb relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən layihələrin sınaq mərhələsindən uğurla keçmiş son hazır nümunələri qarşıya qoyulmuş tələblərə tam cavab verib və onların texniki parametrlərinə görə potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə əsasən, SETM-in layihələrinin hazır nümunələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunub.

Sonda yeni avadanlığın texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner