Mojo.az Banner
SON DƏQİQƏ
11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı polisi kafelərdə içib səs-küy salanlarla mübarizəyə başladı - FOTO

28.08.2019 14:22 2 751
Bakı polisi kafelərdə içib səs-küy salanlarla mübarizəyə başladı - FOTO
Sosial şəbəkələrdə Bakıda piyada səkilərinin zəbt olunması ilə bağı fotolar yayılıb. Görüntüdən məlum olur ki, piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan səkidə kafeyə məxsus stollar və stullar düzülüb.

Bakı şəhər Baş Polis İdarəsi bununla bağlı məsələyə münasibət bildirib.

İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev oxu.az-a bildirib ki, bu barədə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 23 ünvanında yaşayan sakinlərin müraciəti əsasında ərazidə müşahidə olunan sosial-neqativ hallar avqustun 27-də aradan qaldırılıb.

E.Hacıyev qeyd edib ki, Bakı şəhər BPİ İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə keçirdiyi profilaktik tədbirlərlə sakinləri narahat edən çay evlərinin fəaliyyəti, piyada səkilərinin zəbt olunması, küçə ticarəti və antisanitariya ilə bağlı təsirli tədbirlər icra edilib:

"İctimai qaydanı pozan şəxslərlə profilaktik-maarifləndirici söhbətlər aparılıb, əməlin hüquqa zidd olması vurğulanıb.

Eyni zamanda, yaşayış binasının qarşısında yaranan vəziyyət - çayxanalarda insanların sərxoş vəziyyətdə səs-küylü söhbətləri, rok musiqi sədaları altında əylənmələri sakinlərin rahatlığının pozulması ilə bağlı Baş İdarəyə daxil olan müraciətlər əsasında ərazidə ictimai qaydanın qorunması və asayişin davamlı olması üçün müvafiq naryadlar ayrılaraq təlimatlandırılıb".

скачать dle 11.3

Son xəbərlər