Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

BŞBPİ polisin azyaşlıya təzyiq göstərməsini əks etdirən videogörüntülərə münasibət bildirib

06.02.2019 18:11 1 641
BŞBPİ polisin azyaşlıya təzyiq göstərməsini əks etdirən videogörüntülərə münasibət bildirib
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə yayılan polisin küçə ticarəti ilə məşğul olan azyaşlıya təzyiq göstərməsini özündə əks etdirən videogörüntülərə münasibət bildirib.

BŞBPİ-nin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə polisin azyaşlı uşağa qarşı təzyiq göstərməsi ilə bağlı yayılan videogörüntülər həqiqəti əks etdirmir: "Nərimanov Rayon Polis İdarəsində "Təhlükəsiz Şəhər" kamerasının vasitəsi ilə bu videogörüntü hərtərəfli araşdırılıb, orada iddia olunan hallar təsdiqini tapmayıb. Azyaşlı uşağa və ya hansısa vətəndaşa zor tətbiq edilməsi ilə bağlı hərəkətlər müşahidə olunmayıb. Həmçinin azyaşlı özü və onun valideynləri müəyyən olunaraq onlarla profilaktiki söhbət aparılıb, bu əməlinin qanunazidd olduğu izah edilib".

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda küçə ticarəti ilə məşğul olan azyaşlıya polis əməkdaşının təzyiq etməsinə dair video görüntülər yayılıb. Görüntüdən belə məlum olur ki, Nərimanov RPİ-nin inzibati ərazisində xidmət aparan polis naryadı avtomobil yolunun hərəkət istiqamətində qanunsuz küçə ticarəti ilə məşğul olan azyaşlını bu əməlindən yayındırmağa çalışır.скачать dle 11.3

Son xəbərlər