Mojo.az Banner
19:11 Alı Alıyev özünə yeni köməkçi təyin etdi  |     18:50 Son bir həftədə təbiətə 228 min ziyan vuruldu  |     18:33 Dövlət ittihamçısı Hüseyn Həsənova 6 il həbs cəzası istədi  |     18:32 "Space" TV-də yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     18:21 "Bank BTB"nin lisenziyası ləğv edildi  |     18:10 Azərbaycanın U-18 yığması Avropa çempionatının B Divizionunda növbəti matçını keçirib  |     18:04 ƏƏSMN-in xidməti maşınlarının sayı artırıldı - ƏMR  |     17:54 Qazini cərəyan vurub öldürdü  |     17:49 Şamaxıda kişi bıçaqlandı: Oğlu saxlanıldı  |     17:43 Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?  |     17:30 150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb  |     17:27 Bakı Qızlar Universitetinin bağlanmasının pərdəarxası: Ekspert vacib məqamlara toxundu  |     17:22 Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?  |     17:20 "Malaysia Airlines"ın pilotu İndoneziyada narkotiklə saxlanılıb: Onu ölüm cəzası gözləyir  |     15:04 Fars körfəzindən fasiləsiz tədarük neftin qiymətinə necə təsir edir?  |     14:06 Bu marşrutdan istifadə edənlərin diqqətinə: Avtobuslar dəyişdirilir  |     13:56 Temperatur yenidən yüksəlir: sabah isti olacaq  |     13:38 Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı  |     13:01 Lənkəranda itkin düşən kişinin meyiti kanalda tapıldı  |     12:45 UEFA əmsallar cədvəli: Uğursuz nəticələrdən sonra Azərbaycanın mövqeyi dəyişmədi  |    
Left Banner
Right Banner

FHN-dən dörd rayonda yanan meşələrlə bağlı - AÇIQLAMA + VİDEO

26.08.2019 13:33 2 125
FHN-dən dörd rayonda yanan meşələrlə bağlı - AÇIQLAMA + VİDEO
Son günlər bölgələrdə mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınların qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülkü müdafiə qoşunlarının və regional mərkəzlərin müvafiq canlı qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, həyata keçirilmiş operativ tədbirlər nəticəsində Lənkəran, Quba, Yardımlı və digər rayonların dağlıq zonalarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb, Oğuz, Qəbələ, Ağsu, İsmayıllı rayonlarında baş vermiş yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınsöndürmə əməliyyatlarında, ümumilikdə, FHN-in 900-dən artıq canlı qüvvəsi, 70-ə yaxın texnikası, üç ədəd helekopteri və bir ədəd “BE 200 ÇS” tipli amfibiya təyyarəsi iştirak edib.









скачать dle 11.3
Mojo.az Banner