Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Xabarovskda soydaşımız qanunsuz alkoqol satışına görə həbs oluna bilər

26.08.2019 13:30 1 528
Xabarovskda soydaşımız qanunsuz alkoqol satışına görə həbs oluna bilər
Xabarovskda 32 yaşlı Azərbaycan vətəndaşı müttəhim kürsüsünə çıxarılacaq.

"Ludi DV" nəşrinin verdiyi xəbərə görə, o, RF Cinayət Məcəlləsinin 171.1-ci maddəsinin ("Xüsusi federal markası ilə icbari markalaşdırılmalı olan markalaşdırılmamış alkoqol məhsulunun əldə olunması, saxlanılması, satış üçün daşınması və böyük miqdarda satışı") 5-ci hissəsi üzrə ittiham olunur.

Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, müttəhim 1 oktyabr 2018-ci il tarixindən 5 mart 2019-cu il tarixinədək olan müddətdə Xabarovsk ərazisində, Qarajnaya və Zelyonaya küçələri yaxınlığında tanımadığı şəxslərdən vodka və konyak alıb.

O, aksizi olmayan bu məhsulları tanışının qarajında saxlayıb. Sonra isə onları Pavloviç və Ladojskaya küçələrində kirayələdiyi köşklərdə satmağa başlayıb.

Qanunsuz fəaliyyətin üstü açıldıqda, şübhəli şəxsdən ümumi dəyəri 323 360 rubl (təxminən 8 320 manat - red.) olan 1 504 şübhəli tərkibli butulka götürülüb. İşin materiallarına əsasən, o, öz biznesinin qanunsuz olduğunu bilib.

Azərbaycan vətəndaşı üç il azadlıqdan məhrum edilə bilər.

Son xəbərlər