Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada azərbaycanlıya hökm oxundu

09.10.2019 20:34 2 174
Rusiyada azərbaycanlıya hökm oxundu
Xabarovskda Azərbaycan vətəndaşına saxta spirtli içki satdığına görə hökm oxunub.

Median.Az
xəbər verir ki, 42 yaşlı şəxs 2018-ci ilin oktyabrından 2019-cu ilin martına qədər qanunsuz ticarətlə məşğul olub. Onun iş sxemi isə son dərəcə sadə olub.

“Təqsirləndirilən şəxs Xabarovskun Qarajnaya və Zelenaya küçələri ərazisində tanımadığı şəxslərdən aksiz markası olmayan araq və konyak alıb. Alkoqollu içkiləri tanışının qarajında saxlayan şəxs onları altı ay ərzində Ladojk və Pavloviç küçələrində icarəyə götürdüyü pərakəndə köşklərə aparıb. Kişi bu mağazalar vasitəsilə mallarını satıb”, - deyə rayon prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Axtarış zamanı əcnəbi vətəndaşdan ümumilikdə 323 min 360 rubl (8 min manatdan çox - red.) dəyərində 500 şüşə spirt ələ keçirilib. Məhkəmə təqsirləndirilən şəxsin günahını təsdiqləyib. Təqsirkara məhkəmə tərəfindən 250 min rubl (6 min manatdan çox - red.) cərimə cəzası tətbiq olunub.//oxu.az

Son xəbərlər