Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Fransada cərrah 30 il ərzində 250 uşağı zorlayıb - Qalmaqal

24.08.2019 14:08 3 987
Fransada cərrah 30 il ərzində 250 uşağı zorlayıb - Qalmaqal
Fransada 66 yaşlı cərrah 250 uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilir. Cərrah Fransa dövlətinin tarixində ən biabırçı pedofil adlandırılıb.

"The Times" bildirir ki, müstəntiqlərin fikrinə əsasən, Coel Le Skuarnek 30 il ərzində azyaşlıları zorlayıb. Xəsarət alanlar cərrahın pasientləri olublar. Qeyd edilir ki, bəzi hallarda uşaqlar narkoz altında olanda cərrah çirkin əməllərini həyata keçirib.

İlk dəfə Coel 14 il əvvəl bu əməlinə görə mühakimə edilib. O, uşaqlara qarşı seksual zorakılıq əks edilən fotolar saxladığı üçün hakim qarşısında cavab verib. Buna baxmayaraq, ona həkim kimi fəaliyyət göstərməyə icazə veriblər.

2017-ci ildə cərrah həbs edilib və ona qarşı pedofiliya ittihamı irəli sürülüb. Hazırda onun yeni cinayət əməlləri üzə çıxır. Cərrah isə iddiaları rədd edir.

İstintaq zamanı polis əməkdaşları pedofil-həkimin gündəliyini tapıblar. Gündəlikdə o, seksual xarakterli hərəkətlərinin detallarını qeyd edib. Yazılarda 250 azyaşlının adı keçir. Hazırda polis gündəlikdə adı keçən azyaşlıların valideynlərini dindirir.

Son xəbərlər