Mojo.az Banner
14:41 4 ayda Ermənistana nə qədər məhsul ixrac etmişik? - RƏQƏM  |     14:38 Kreditlərin birləşdirilməsi: rahatlıq, yoxsa əlavə xərc?  |     14:26 Azərbaycan Premyer liqasında iki futbolçu 200-cü oyununu keçirib  |     13:39 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib, 50-yə qədər heyvan tələf olub  |     13:30 “Maşın” şou yenidən başlayır - FOTO  |     13:24 Sumqayıtda 13 500 abonentin qazı kəsiləcək  |     13:21 Mayın 17-də keçirilən buraxılış imtahanlarının düzgün cavabları açıqlanıb  |     13:15 Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA  |     13:13 Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 589%-ni təşkil edib - FAKTİKİ HAVA  |     12:17 Beş milyonluq qaçaqmalçılıqla bağlı saxlanılan vəzifəli şəxslər barədə YENİ QƏRAR  |     12:07 News.ru: Slovakiya və Azərbaycan qaz tədarükü üzrə 10 illik müqavilə imzalaya bilərlər  |     12:06 Gürcüstanın baş naziri Azərbaycana səfərə gəlib  |     12:05 Vüsal Nəsirli rəisi işdən çıxardı  |     12:03 Neft bahalaşdı - SON QİYMƏT  |     11:59 Vilyam Hacıyevin lüks avtomobillərinə alıcı tapılmır: Qiymətləri endirildi  |     11:57 Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib  |     11:56 Çində artıq robotların da "şəxsiyyət vəsiqəsi" olacaq  |     11:48 14 dəfə əməliyyat olundu, imtahandan 252 bal topladı - VİDEO  |     11:41 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təşkil ediləcək  |     11:34 I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq  |    
Left Banner
Right Banner

Azərbaycanlı deputatın var-dövləti dodaq uçuqladır — ŞOK SİYAHI

23.08.2019 23:09 1 541
Azərbaycanlı deputatın var-dövləti dodaq uçuqladır — ŞOK SİYAHI
İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı, "Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevdir.
Median.Az
“Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Bildirib ki, İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşən otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur:

"Ağalar Vəliyevin biznesi və "Azəraqrartikinti” ASC haqqında mətbuatda dəfələrlə yazılıb, o üzdən geniş təfərrüata varmaq istəmirəm.

Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir.
Bundan başqa onun İSRAFİL MTK (Mirəli Qaşqay, 94 və S.Rəhman 53 ünvanında hər biri 14 mərtəbəli və 112 mənzilli olmaqla iki bina), RAHATLIQ MTK (Maliyyə Nazirliyinin arxasında, Zabitlər bağının yaxınlığında, Nəsimi rayonu, H.Sarabski 16A ünvanında) kommunal və servis xidmətləri göstərir.

Deputatın Ukraynada da biznesi var...".

Yeri gəlmişkən, Bakıda çoxsaylı ərazilərdə, hətta metro çıxışlarının üstündə, dəmiryol xətlərinin bir addımlığında yüksəkmərtəbəli binalar tikərək, çox baha kredit faizləri ilə satan "Kristal Abşeron" tikinti şirkəti də Ağalar Vəliyevə məxsusdur...скачать dle 11.3
Mojo.az Banner