Mojo.az Banner
19:30 Bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşdi  |     19:25 "Yanlış idarəetmə Space TV-ni çətin vəziyyətə saldı"  |     19:17 Avqustda rekord istilə gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək  |     19:11 Bu tərəvəzləri birlikdə yemək təhlükəlidir - Qastroenteroloqdan açıqlama  |     19:04 Kolleclərə ixtisas seçimi avqustun 3-də başlayacaq  |     18:59 Azərbaycan vətəndaşları Gürcüstandan deport olundu  |     18:50 500 nəfər dondurlaraq həyata qayıtmağı gözləyir  |     18:45 Lerik rayonunda ev quşlarının kütləvi tələfatı qeydə alınıb  |     18:37 Xərçəng əlaməti ola biləcək 3 əsas SİMPTOM  |     18:31 Maaş və pensiya kartları ilə bağlı yenilik - Sentyabrdan etibarən...  |     18:22 Qaxda iki avtomobil toqquşdu - Ölən var  |     18:08 Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı  |     17:55 Abşeronda ağır qəza - İki futbolçu öldü (Video)  |     17:47 67 yaşlı qadın alverçisi Kurta HÖKM OXUNDU  |     17:26 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq  |     17:19 Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ  |     16:34 Bloqer Müjgan həbs edildi  |     16:18 Paşinyan: "Türkiyə ilə münasibətlərdə hansı formatı əsas götürəcəyimizi müəyyənləşdirməliyik"  |     15:23 Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ  |     15:22 Dənizdə batan 17 yaşlı oğlanın MEYİTİ TAPILDI  |    
Left Banner
Right Banner

Zakir Həsənov Çinin ölkəmizdəki səfiri ilə görüşdü

22.08.2019 18:49 1 294
Zakir Həsənov Çinin ölkəmizdəki səfiri ilə görüşdü
Avqustun 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə yeni təyin olunmuş Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən Z.Həsənov səfirə Azərbaycan ilə Çin arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan general-polkovnik Z.Həsənov bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirən səfir Azərbaycan-Çin əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səyini artıracağını qeyd edib.

Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq, eləcə də mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.скачать dle 11.3
Mojo.az Banner