Mojo.az Banner
11:44 Həkim Şakir Babayev vəfat etdi  |     11:42 İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - Video  |     11:37 33 ildən sonra Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edilib - FOTO  |     11:33 Şəkidə AĞIR QƏZA: Ölən və yaralananlar var  |     11:27 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     23:04 Sürücülərin 80 faizinin vəsiqəsi məhdudlaşdırıla bilər - Ekspert  |     22:59 Pomidorun qabığını sadə üsulla soymaq - Qaynar suya ehtiyac yoxdur  |     22:51 Partlayışda xəsarət alan həkim öldü  |     22:49 Saat 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə  |     22:37 Qazaxıstan Rusiyadan enerji asılılığını dayandırır  |     22:34 Cəlilabadda gənc müəllim vəfat etdi  |     22:05 CV-lər işəgötürənlər üçün dəyərini itirib: səbəb nədir?  |     22:00 Musa Qurbanlı üçün mövsüm bitdi  |     21:53 WhatsApp-da yeni̇li̇k - Avatarlar ləğv ediləcək  |     21:51 “Navai” Moskvada qəzaya düşdü  |     21:27 Anası o uşaqdan imtina etdi  |     21:16 Bu şəxslərin maaşı 35 faiz artıb  |     20:51 Bu küçədə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     20:46 Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb  |     20:40 Məxfurə Hüseynovanın meyiti tapıldı  |    
Left Banner
Right Banner

Zakir Həsənov: Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır

06.11.2019 12:36 5 127
Zakir Həsənov: Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Litva arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, o cümlədən hərbi qulluqçular üçün təşkil olunan kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi də xüsusi qeyd edilib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Litva əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

E.Navikas öz növbəsində Litvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

Tərəflər regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

скачать dle 11.3
Mojo.az Banner