Mojo.az Banner
18:56 İnterpolun axtardığı şəxs Monteneqroda tutuldu - Ölkəyə gətirildi  |     18:45 Yaponiyada yenidən zəlzələ baş verdi  |     18:33 Baş nazir Xalq artisti ilə bağlı qərar imzaladı  |     18:22 Magistraturaya qəbulun nəticələri AÇIQLANDI  |     17:43 "Ferrari"nin ilk avtomobili necə yaranıb? - "125 S"in bilinməyən hekayəsi  |     17:28 Azərbaycanda yarım ildə neçə heyvan dişləməsi qeydə alınıb?  |     17:20 Sabunçuda qadın bıçaqlandı: Əri SAXLANILDI - Hadisənin TƏFƏRRÜATI  |     17:15 Ağdamdakı yanğın genişləndi: Minalanmış ərazilərdə partlayışlar baş verir  |     17:03 İranın Qərbi Azərbaycan vilayətinə raket zərbələri endirildi  |     16:41 Martin Ryanın apellyasiya şikayəti rədd edildi  |     16:37 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:24 Tanınmış cərraha məhkəmədə HÖKM OXUNDU  |     15:59 Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı  |     15:57 Taksidə tapdığı telefonla 5 min manatdan çox pul ələ keçirdi  |     15:54 Evlərdən 29 min manatlıq oğurluq edilib - VİDEO  |     15:46 Azərbaycan Ukraynaya enerji avadanlıqları göndərdi  |     15:42 Vətəndaşlar banklara milyonlarla manat pul qoyublar - RƏQƏMLƏR  |     15:34 Marketin liftinin fəaliyyəti dayandırıldı - Video  |     15:29 Oğuzda iki maşın toqquşdu - Ölən var  |     15:23 Bakının mərkəzində aylardır qazılan yol təmir edilmir - Video  |    
Left Banner
Right Banner

Polisdən sakinləri qorxuya salan naməlum məxluqla bağlı AÇIQLAMA

22.08.2019 12:01 1 576
Polisdən sakinləri qorxuya salan naməlum məxluqla bağlı AÇIQLAMA
Rəsmi qurumlar Ucar rayonunun Qaradağlı icra nümayəndəliyinə daxil olan Çini kəndində bədheybətin peyda olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupunun rəhbəri Toğrul Nəsirli APA-nın yerli bürosuna bildirib ki, polis əməkdaşları ərazidə xidmət aparırlar:

"Analoji hadisələr qonşu Ağdaş və İsmayıllı rayonlarında da baş vermişdi. Bu vaxta qədər heç bir qeyri-adi məxluqa rast gəlinməyib. Narahatçılığa heç bir əsas yoxdur. Bütün bunlar reallıqdan kənar bir məsələdir”.
 
Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Zeynalov APA-ya açıqlamasında bu vaxta kimi kənddə belə bir hadisənin baş vermədiyini deyib:

"Bütün bunlar sadə insanlar arasında yayılan söz-söhbətdir. Kənddə heç bir qeyri-adi məxluq yoxdur və heç kəsə bu vaxta kimi ziyan dəyməyib. Kənd sakinləri arasında yayılan bu söz-söhbətlər reallığı əks etdirmir”. скачать dle 11.3
Mojo.az Banner