Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Belçikalılar Trampa sataşdılar: Valloniya 1 avroya təklif edildi

22.08.2019 11:27 3 393
Belçikalılar Trampa sataşdılar: Valloniya 1 avroya təklif edildi
Belçika Milliyyətçi Partiyasının gənclər bölməsi olan “yeni Flamand Alyansı” (N-VA) ABŞ prezidenti Donald Trampa Belçikanın Vallon regionunu 1 avro müqabilində əldə etməyi təklif edib.

Müvafiq məlumat çərşənbə günü partiyanın “twitter” səhifəsində yerləşdirilib.

Publikasiya Nyu-Yorkda yerləşən “Trump Tower” göydələni əks olunmuş Valloniyanın Dürbüi şəhərinin şəkli ilə müşayiət olunur.

“Hörmətli Prezident Tramp, bir avro və Valloniya sizindir. Bizə zəng edin”, - məlumatda deyilir.


Qeyd edək ki, bu tvit Amerika prezidentinin Danimarkadan Qrenlandiyanı almaq planlarına reaksiya olaraq yerləşdirilib.

Lakin zarafat heç də hər kəs tərəfindən qiymətləndirilməyib. Belə ki, liberal fransızdilli “İslahatçı hərəkat” Gənclər Təşkilatının nümayəndəsi, koalisiya federal hökumət üzrə N-VA-nın keçmiş tərəfdaşı Stev Detri “twitter” səhifəsində Niderland dilində cavab verərək bildirib ki, bu, “kobud və axmaq” zarafatdır.

Son xəbərlər