Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik Xaçmazdakı ağır qəza ilə bağlı məlumat yaydı: ölən və yaralılar var

16.08.2019 12:03 2 915
Nazirlik Xaçmazdakı ağır qəza ilə bağlı məlumat yaydı: ölən və yaralılar var
Xaçmazda ağır yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına altı nəfər çatdırılıb.

Yaralılardan biri Quba rayon Birinci Nügədi kənd sakini, 57 yaşlı Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.

Digər beş yaralı - Quba rayon Birinci Nügədi kənd sakini, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov, Ağbil kənd sakinləri - 26 yaşlı Arif Əmrəli oğlu Eyyubov, 37 yaşlı Fərhad İmran oğlu Eyyubov, 27 yaşlı Orxan Məhəmməd oğlu Pirimov və 28 yaşlı Sadıq Sarvan oğlu İskəndərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Hazırda yaralılardan yalnız bir nəfər 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov (sağ diz oynağının əzilmiş və cırılmış yarası, hər iki dirsək sümüyünün sınığı, çənənin əzilmiş cırılmış yarası) diaqnozu ilə həkim nəzarətində saxlanılır. Digər xəsarət alanlar həkim müayinəsindən sonra evə buraxılıb.

Xatırladaq ki, ötən gün Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində əks istiqamətlə hərəkət edən iki minik maşını toqquşub.//oxu.az
скачать dle 11.3

Son xəbərlər