Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Regionlarda narkotiklərlə əlaqədar 7 nəfər saxlanılıb

15.08.2019 16:55 3 109
Regionlarda narkotiklərlə əlaqədar 7 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş H.Əliquliyevdən 245 qram tiryək və 1 ədəd bıçaq götürülüb.

Bundan başqa, Salyan RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini A.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çənətə kolu və 475 qram marixuana, şəhər sakini E.Əliyevə məxsus həyətyanı sahədən isə 6 ədəd çənətə kolu aşkar edilib.

Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xoltəzəkənd kəndi ərazisində, kənd sakini E.Babayevə məxsus torpaq sahəsində 26 ədəd çətənə kolu, yardımçı təsərrüfatından 80 qram marixuana aşkar edilib.

Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Qara Nuru kənd sakini T.Salayevin yaşadığı evin zirzəmisində 430 qrama yaxın marixuana aşkar edilib.

Göyçay RPŞ-nin əməkdaşları tərəfindən Bığır kənd sakini R.Şəfiyevə məxsus həyətyanı sahədən 4 ədəd, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən Xocavənd kənd sakini S.Məmmədova məxsus həyətyanı sahədən 8 ədəd çətənə kolu aşkar edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.скачать dle 11.3

Son xəbərlər