"Qarabağ" və APOEL oyununda insident baş verib
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə 68-ci dəqiqədə APOEL-in müdafiəçisi Uroş Matiçin vurduğu ikinci qoldan sonra yaşanıb. Matiç qolu azsaylı kiprli fanatların olduğu sektora tərəf qaçmaqla qeyd etməyə çalışıb.
Bu zaman tribunadan onlara tərəf plastik qablar atılıb.
Qeyd edək ki, hazırda APOEL öndədir - 2:0.
