Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Kiprdə Azərbaycana qarşı növbəti təxribat - “Qarabağ”ın oyununda erməni bayrağı

06.08.2019 23:19 1 350
Kiprdə Azərbaycana qarşı növbəti təxribat - “Qarabağ”ın oyununda erməni bayrağı
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Kiprin paytaxtı Nikosiyada keçirilən APOEL - "Qarabağ" oyununda təxribata əl atılıb.

Median.Az
-ın oxu.az-a istinadən xəbərinə görə, oyunun keçirildiyi QSP arenasında meydanın "Qarabağ"a aid olan hissəsinə yaxın yerdə Yunanıstan bayrağı ilə yanaşı Ermənistan bayrağı da asılıb.

Hazırda Kiprdə olan "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Oxu.Az-a açıqlamasında belə deyib: "O bayraqdan xəbərimiz var. Biz daha əvvəl də bu barədə UEFA nümayəndələri ilə danışmışıq. Əgər qondarma Dağlıq Qarabağ bayrağı olsaydı, onu deyib yığışdırmaq olardı. Amma Ermənistan müstəqil dövlət olduğu üçün təəssüf ki, buna qarışmaq imkanımız yoxdur".

Qeyd edək ki, daha əvvəllər də Azərbaycan klubları bu ölkədə oynayarkən Kipr yunanları və ermənilərin təxribatı ilə üzləşib. Belə ki, "Neftçi"nin APOEL və "Qəbələ"nin "Apollon"la görüşlərində Azərbaycan bayrağı yandırılıb, qondarma Dağlıq Qarabağın bayrağı yüksəldilib.скачать dle 11.3
Mojo.az Banner