Mojo.az — elanlar
Son Xəbərlər
14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Oğuzun qara quyularına basqın qara əməllərin üstünü açdı

13.08.2019 20:41 1 751
Oğuzun qara quyularına basqın qara əməllərin üstünü açdı
Son vaxtlar meşələrin kütləvi şəkildə qırılmasının qarşısının alınması, eləcə də şimal-qərb bölgəsində qanunsuz şəkildə kömürbasma ilə məşğul olan insanlara qarşı mütəmadi olaraq reydlər keçirilir. Cərimələrin tətbiq olunması bu sahədə işlərin müsbətə doğru irəliləməsinə səbəb olub.

Median.Az
Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən növbəti reyd təşkil olunaraq ərazilərə baxış keçirilib. Oğuz ərazisində meşə əmlakının qanunsuz şəkildə talan olunması müəyyən edilib, kömür quyuları aşkarlanaraq qanuna uyğun şəkildə tədbir görülüb.

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər Regional İdarənin rəisi Cəbrayılov Ziya bildirdi ki, tərəflərindən mütəmadi olaraq reydlər keçirilir və meşə təsərrüfatı, eləcə də yerli bələdiyyəyə məxsus torpaqlarda kömür basmaları ilə əlaqədar bələdiyyələrə məlumat verilir, münbit torpaqlarda kömür basdırılaraq qeyri-münbit hala gətirilməsi haqda məlumatlandırılır. Hazırda Oğuz rayonunun Muxas və Calut kəndləri ərazisində belə quyular aşkar olunub və qanuna uyğun şəkildə quyular doldurularaq yenidən istifadəsi məhdudlaşdırılıb.

İdarə rəisi onu da bildirdi ki, bu məsələyə yerli sakinlərdən də biganə qalmamaları, meşələrin qanunsuz şəkildə qırılmasının qarşısını almaq məqsədilə belə hallarla üzləşdikdə birbaşa aidiyyatı orqanlara məlumat vermələri xahiş olunur.

Əsasən bu bölgələrdə çubuq kömürünün hazırlanması yeni bərpa olunan meşə ağaclarının qırılması ilə nəticələnir, bu isə gələcəkdə meşələrin məhv olması deməkdir. Regional idarənin əməkdaşı onu da qeyd etdi ki, bir neçə gün bundan qabaq Oğuzda baş vermiş yanğın ehtiyatsızlıq ucbatından və kömür məsələsindən qaynaqlana bilər.

"Buna görə də həm yerli sakinlər, həm də aidiyyatı qurumlar bu problemin aradan qaldırılması üçün bütün səylərini bir araya gətirməlidirlər", - deyə o bildirib.

Ümumilikdə on beşdən artıq kömür quyusu doldurulub.

Son xəbərlər