Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlikdən ÇAĞIRIŞ: “Kustar üsulla kömür hazırlanması vərəm yaradır”

17.08.2021 17:10 915
Nazirlikdən ÇAĞIRIŞ: “Kustar üsulla kömür hazırlanması vərəm yaradır”
Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ, Oğuz, Ağsu, İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən və Göygöl rayonları ərazisində ümumilikdə 19 kömür quyusu və altı kömür sobası aşkar olunub.

Xidmət rəsmisi Hikmət Əlizadə bildirib ki, kustar üsulla kömür hazırlayan qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Eyni zamanda, kənd sakinlərinə kömür hazırlanmasının nəinki torpağın münbit qatına, atmosfer havasına, eləcə də insan sağlamlığına zərərləri, xroniki xəstəliklərin yaranmasına səbəb olması barədə məlumat verilib.

“Təəssüf ki, Azərbaycanın bəzi bölgələrində hələ də kustar üsulla kömür hazırlanır”.

Xidmət rəsmisinin sözlərinə görə, münbit torpaqlarda quyuların qazılaraq kömürün hazırlanması ilk növbədə torpaqları qeyri-münbit hala salır, kömür hazırlanarkən ondan ayrılan hissəciklər atmosferə yayılır, nəticədə insanların tənəffüs yollarında iltihaba və vərəm xəstəliyinə səbəb olur.

H.Əlizadə kömür hazırlayan kəndlərin ağsaqqallarına, icra nümayəndələrinə müraciət edərək bildirib ki, bu işlə məşğul olanlara qarşı barışmaz mövqe nümayiş etdirsinlər və belə hallarla rastlaşdıqda nazirliyin 168 Çağrı Mərkəzinə məlumat versinlər.скачать dle 11.3
Mojo.az Banner