Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

“Qarabağ” üçün həlledici gün

13.08.2019 13:06 3 820
“Qarabağ” üçün həlledici gün
“Qarabağ” klubu bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxacaq.

Təmsilçimiz bu gün Bakı vaxtı ilə saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin APOEL klubunu qəbul edəcək.

Kiprdə baş tutan ilk qarşılaşmada “Qarabağ” rəqibini 2:1 hesabı ilə qələbə qazanıb. Bu qələbədən sonra APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib və almaniyalı mütəxəssis Tomas Doll ilə iki illik müqavilə bağlayıb.

Dünən Ağdam klubunun yaydığı məlumata görə, qarşılaşma üçün satışa çıxarılan biletlərdən 24 mini satılıb. Bu gün isə qalan altı min biletin satılacağı proqnozlaşdırılır.

Qarşılaşmanı Almaniyadan olan hakimlər briqdası idarə edəcək. Baş hakim 35 yaşlı Daniel Sibert olacaq. Ona yan xətdə Yan Seydel və Lasse Koslovski kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək. Hakimlərin işinə Danimarkadan olan Yorn Vest Larsen qiymət verəcək. UEFA nümayəndəsi isə Velid İmamoviç (Bosniya və Herseqovina) olacaq.

“Qarabağ” APOEL səddini keçsə, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və Çempionlar Liqasının “pley-off” mərhələsində “Ayaks” (Niderland) - PAOK (Yunanıstan) cütünün qalibi ilə görüşəcək. Bu cütlüyün ilk oyunu 2:2 hesabı ilə başa çatıb.

Əgər təmsilçimiz Kipr klubunu keçə bilməsə, Avropa Liqasının “pley-off”unda “Linfild” (Şimali İrlandiya) - “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin ilk oyununda “Linfild” 2:1 hesablı qələbəyə sevinib.скачать dle 11.3
Mojo.az Banner