Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə arıçılıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanıb - FOTO

07.08.2019 19:51 1 418
Şəkidə arıçılıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanıb - FOTO
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arıçılıqla məşğul olan sahibkarların müraciəti əsasında arı ailələrinin Şəkinin Kiş kəndi ərazisində yerləşdirilməsinə dəstək göstərib.

Median.Az
xəbər verir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, KOBİA-nın Şəki şəhəri üzrə "KOB Dostu" Kiş kəndi ərazisində arı ailələrinin yerləşdirilməsi üçün müvafiq icazənin alınması, bunun üçün lazım olan sənədlərin hazırlanaraq aidiyyəti qurumlara təqdim olunmasında arıçı sahibkarlara - Kazım Qarayevə və Tahir İsmayılova dəstək olub. "KOB Dostu"nun dəstəyi və yerli qurumlarla əməkdaşlıq çərçivəsində arı ailələrinin Kiş kəndində meşə ərazisində yerləşdirilməsi təmin edilib.

Sahibkar Kazım Qarayev: "Uzun müddətdir arıçılıqla məşğul oluram. Arıçılıq əsas gəlir mənbəyimdir. Arı ailələrinin meşə ərazisində yerləşdirilməsi üçün icazə sənədinin alınmasına Şəki "KOB Dostu" tərəfindən yaxından dəstək göstərildi. Bu il təsərrüfatımdan yüksək məhsuldarlıq gözləyirəm".

Məlumat üçün qeyd edək ki, KOBİA bundan əvvəl də dövlət-özəl əməkdaşlığı çərçivəsində arıçılıqla məşğul olan sahibkarlara subsidiyaların verilməsi, arıçılıq məhsullarının ticarət şəbəkəsində satışının təşkili ilə bağlı mikro və kiçik sahibkarlara dəstək göstərib.

скачать dle 11.3

Son xəbərlər