Azərbaycanda məmuru intim görüntülərlə şantaj etdilər: hər ay 7 min... » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:31 Misirin Baş naziri: İsrail Qəzza ilə bağlı son təklifi qəbul etməlidir  |     22:25 Krımda rusların unikal peyk avadanlığı məhv edildi  |     22:16 Avropada ən ucuz pivə haradadır? - Ekspertlər lider şəhərləri açıqladı  |     22:08 Astarada 10 aylıq körpə hərarətdən öldü  |     22:00 Boksçu Co Baqner vəfat etdi  |     21:55 Bu vətəndaşlar 50% artıq subsidiya alacaqlar  |     21:46 Azərbaycanda qız məzun Hərbi İnstituta qəbul oldu - FOTO  |     21:41 Gözəl bir təbəssüm üçün lazım olan vitaminlər hansılardır?  |     21:33 İsmayıllıda ayılar kənddə göründü - VİDEO  |     21:32 Amerikada təyyarələr havada toqquşdu - Ölən və yaralılar var  |     21:25 Tokayev: "Xəzər dənizi ilə bağlı vəziyyət ekoloji fəlakətə yaxınlaşır"  |     21:15 Husilər İsrailin neft tankerini vurublar  |     21:07 Naxçıvanda çörək sexində nöqsanlar aşkarlandı  |     21:01 Abşeronda narkokuryerlikdə təqsirləndirilən şəxslər həbs olunublar  |     20:56 "Aston Villa" "Mançester Yunayted"in futbolçusunu transfer edib  |     20:50 Sidneydə naməlum şəxs avtomobili Rusiya konsulluğuna çırpıb  |     20:42 Ərzaq təhlükəsizliyində yeni mərhələ: Azərbaycanın buğda idxalı coğrafiyası dəyişir - ARAŞDIRMA  |     20:37 Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     20:29 Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 26 yaşlı qadın xilas edilib  |     20:24 KİV: Pakistan Ermənistanla diplomatik münasibətlərin qurulması qərarını Azərbaycanla razılaşdırıb  |    

Azərbaycanda məmuru intim görüntülərlə şantaj etdilər: hər ay 7 min...

Hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda təqsirli bilinən Elşən Cabbarov, Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Median.Az
Teleqraf.com-a istinadən xəbər verir ki, onların barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən edilməyib.

Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur.

Elşən Cabbarov Bulat Ağabəyovun "hərəkətlərini” gizli kamera ilə lentə aldığı görüntüləri yayıb onu biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda şübhəli bilinib.

Eyni zamanda Elşən Cabbarov ifşa etməmək müqabilində Bulat Ağabəyovla 60 min manat, B. Ağabəyovun göstərişi ilə sürücüsü Azər Hüseynovla isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib.

Bundan başqa, Elşən Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilinib.

İstintaq sənədlərinə görə, Elşən Cabbarov bu cinayətlərini Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirova ilə birlikdə törədib.

Bundan başqa, mütəşəkkil dəstənin üzvləri Nizami Həsənova, Qənbər Həsənova, Rəcəb Ağayevə, Röyal Həsənova qarşı da dələduzluq ediblər.

Elşən Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılıb.

İstintaq orqanı tərəfindən Elşən Cabbarovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 634 07.08.19 17:07