Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Şabranda kütləvi zəhərlənmə: nazirlik tortdan olmadığını deyir - YENİLƏNİB

02.08.2019 12:00 2 170
Şabranda kütləvi zəhərlənmə: nazirlik tortdan olmadığını deyir - YENİLƏNİB
Səhiyyə Nazirliyi Şabranda kütləvi zəhərlənməyə münasibət bildirib.

Nazirlikdən oxu.az-a verilən məlumata görə, zəhərlənənmə ilə müraciət edənlərin sayı 30 yox, 15 nəfərdir:

“Eyni məclisdə qida zəhərlənməsi ilə bağlı Şabran Rayon Mərkəzi Xəsətəxanasına 15 nəfər müraciət edib. Onların konkret tortdan zəhərləndiklərini demək olmaz.

Bəziləri digər qidaları yedikdən sonra vəziyyətlərinin pisləşdiyini deyir. Bundan əlavə daha 3 nəfər də qida zəhərlənməsi ehtimalı ilə müraciət edib. Lakin onlar həmin ad günü məclisində olan adamlar deyil. Müraciət edən şəxslərin mədəsi yuyulub. Vəziyyətləri stabildir. Ehtiyat məqsədi ilə həkim nəzarətində saxlanılırlar”.

***

Şabranda kütləvi zəhərlənmə qeydə alınıb.

Median.Az
-ın oxu.az-a istinadən verdiyi məlumata görə, iki gün öncə ad günündə olan şəxslər zəhərlənmə diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Xəstəxananın Reanimasiya şöbəsinin müdiri, həkim İmamqulu İbrahimov saytımıza açıqlamasında bildirib ki, zəhərlənmə tortdan baş verib.

Ad günü mərasimində olan şəxslər müxtəlif vaxtlarda halsızlıq şikayəti ilə xəstəxanaya müraciət ediblər.

“Bu gün səhər də bir müraciətimiz oldu. Təxminən 30-a yaxın adam xəstəxanaya gəlib. Amma həyati təhlükə yoxdur”, - deyə həkim bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər