Şəmkir rayonunda döş qəfəsindən bıçaq xəsarəti alan yerli sakin xəstəxanaya yerləşdirilib.
Median.Az-ın report-a istinadən məlumatına görə, 1985-ci il təvəllüdlü Namiq Qasımov ad-soyadlı zərərçəkmiş xəstəxanaya yaxınları tərəfindən gətirilib və cərrahiyyə əməliyyatı olunub.
O, özü-özünü bıçaqladığını bildirsə də, hadisənin dəqiq baş vermə səbəbləri polis tərəfindən araşdırılır.