Mojo.az Banner
20:17 Sabah çimərliklərdə gözlənilən hava açıqlandı  |     20:09 İlk dəfə Avropaya getdilər  |     20:04 Sabah yağış yağacaq  |     19:56 Mərkəzi Bankın valyuta ehtiyatları nə qədər artıb?  |     19:51 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı  |     19:43 "Bakı–Tbilisi istiqaməti üzrə heç bir turizm şirkətinə kvota ayırmırıq" - ADY  |     19:38 İnternet provayderləri üçün yeni öhdəliklər müəyyənləşir  |     19:30 Ağcabədidə çətənə kolları yetişdirən şəxs həbs edildi  |     19:24 Sabah imtahan var  |     19:15 Əmlak alarkən diqqətli olun! - Risklər açıqlandı  |     19:10 ”TikTok”dakı canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu  |     19:03 "Ümid"in aktyoru vəfat etdi  |     18:48 KİV: Rusiyada "Mi-2" helikopteri qəzaya uğrayıb  |     18:29 Əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq pul tələb edən şəxs SAXLANILDI - VİDEO  |     17:51 Sabah bu ərazilərdə qaz olmayacaq  |     16:55 ABB kartlarında nə baş verir? - Vəsaitlər silinir (FOTO)  |     16:50 Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - (Foto)  |     15:46 Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər  |     15:02 Bakıda ağır qəza: Sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     14:31 Bakı-Naxçıvan aviareysləri LƏĞV EDİLDİ - SƏBƏB  |    
Left Banner
Right Banner

Sağlam yuxuya gedən 7 ən ASAN YOL — Bunları mütləq edin!

30.07.2019 22:03 2 159
Sağlam yuxuya gedən 7 ən ASAN YOL — Bunları mütləq edin!
Sağlam yuxu təkcə, yaxşı əhval-ruhiyyənin qarantiyası deyil, həm də gözəlliyinizin və stressə müqavimət qabiliyyətinizdir. Təəssüf ki, müasir həyatın ritmi yuxu rejimimizə pis təsir edir. Bəzən isə biz özümüzü bilə-bilə yuxu qrafikimizi pozmaq üçün hər şeyi edirik.
Sonra yuxusuzluğun haradan yarandığına təəccüb edirik.

Median.Az
səhər gümrah ayılmağın 7 sirrini təqdim edir.

1. Yatağı ancaq yuxuya getmək üçün istifadə edin. Bu nə deməkdir?

Yataqda yemək yeməyin, televizora baxmayın, yatarkən telefonla oynamayın.Yatağı yalnız yuxu ilə əlaqələndirin. Özünüzü bu vərdişə alışdırın ki, yatmamışdan əvvəl yatağı hazırlayarkən beyniniz yuxu rejimini işə salsın.

2. Hər zaman yatmazdən əvvəl otağı havalandırın. Başınıza qədər yorğana bürünmə vərdişindən qurtulun. Təbii materiallardan hazırlanmış yataq dəsti seçin və təmizliyinə riayət edin (xüsusilə yastıqlar üçün). Rahatlıq, təmizlik və təmiz hava sağlam və yaxşı yuxu üçün 3 əsas şərtdir.

3. Yatmazdan əvvəl yemək yeməyin, çox maye içməyin. Yanınıza limonlu su qoyun ki, susasanız onu içəsiniz.

4. Ən yaxşısı gecə yarısına qədər yuxuya gedin. Yuxu üçün ən ideal saat saat 22.00-dır. Yatmadan bir saat əvvəl telefonunuzu səssiz rejimə qoyun ki, heç bir şey sizi narahat etməsin.

5 Evlisinizsə, mütləq həyat yoldaşınız ilə bir yerdə yuxuya getməyə çalışın. Bu sizə həm əlavə səs-küydən qoruyacaq, həm də daha yaxşı münasibətlər qurmağa kömək edəcək. Elm adamları eyni yuxu rejimində olan cütlüklərin bir-biri ilə daha asan yola getdiyini iddia edirlər.

6. Yatmamışdan öncə rahatlayıcı vanna qəbul etmək, sizə daha rahat yuxuya gedməyinizə kömək edəcək. Vannaya ətirli yağlar əlavə edin, üzünüzü masaj edin. 15-20 dəqiqə sevdiyiniz musiqiləri dinləyin. Sonra yumşaq bir gecə köynəyi və corab geyin (hətta yayda!). Bu zaman vücudunuz rahatlanacaq. Corab isə qan dövranını yaxşı dövr etməsinə yardımçı olacaq, bu da tez yuxuya gedməyinizə kömək edəcək.

7.Əgər yuxuya gedə bilmirsinizsə (düşüncələr, narahatlıq və ya başqa bir şey sizi narahat edirsə), nəfəs məşqləri edin. Biz yuxuda olarkən dərindən və rahat nəfəs alırıq. Ona görə, nəfəsinizi tənzimləməyə çalışın. Bu zaman beyniniz rahatlaşmaq üçün bütün bədənə siqnal verəcək və siz tez bir zamanda yuxuya gedəcəksiniz.//ölkə.az

скачать dle 11.3
Mojo.az Banner