Mojo.az Banner
11:36 Məktəblərdə dini təbliğat aparan müəllim və şagirdlərə qarşı tədbir görülməlidir – AÇIQLAMA  |     11:18 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"  |     23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğanın oğlu Gədəbəyə gəldi

26.07.2019 23:40 1 350
Ərdoğanın oğlu Gədəbəyə gəldi
"Azərbaycanın milli idman oyunlarının təbliği və inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətə başlamışıq".

Median.Az
report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin oğlu Bilal Ərdoğan Gədəbəy rayonunda keçirilən "Milli Yaylaq Festivalı”nda çıxışı zamanı deyib.

Festival iştirakçılarını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan B.Ərdoğan Azərbaycanın son illərdə xeyli inkişaf etdiyini bildirib.

O, əlavə edib ki, Azərbaycan xüsusi ilə idman, mədəniyyət və digər sahələrdə çox vacib tədbirlərə ev sahibliyi edib: "Xeyli vaxtdır ki, Dünya Etnospor Konfederasiyası olaraq Azərbaycanın milli idman oyunlarının təbliği və inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətə başlamışıq. Bu istiqamətdə Gənclər və İdman Nazirliyi ilə danışıqlarımız da olub. İnanıram ki, bugünkü festival milli idman oyunlarının inkişaf etdirilməsinə böyük dəstək olacaq. Mədəniyyətimizi itirsək müstəqilliyimizi itirərik. Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər mədəniyyətimizə sahib çıxmasaq, düşmənlərimiz bizi məğlub edər. Hər bir xalq özünün mədəniyyətini, milli oyunlarını yaşatmaq və inkişaf etdirmək hüququna malikdir. Milli Yaylaq Festivalı Azərbaycanda milli idman oyunlarının inkişaf etdirilməsinə, təbliğinə və gələcək nəsilə ötürülməsinə böyük töhfə verəcək. Bu tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Dünya Etnospor Konfederasiyası olaraq Azərbaycanın idman sahəsində fəaliyyət göstərən bütün qurumları ilə çalışmağa hazırıq".скачать dle 11.3
Mojo.az Banner