Mojo.az — elanlar
RU
Son Xəbərlər
20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Yaylaq Festivalının açılışında Bilal Ərdoğan da iştirak etdi - FOTO

26.07.2019 19:33 3 705
Milli Yaylaq Festivalının açılışında Bilal Ərdoğan da iştirak etdi - FOTO
Azərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçirilir.

Bu gün festivalın açılış mərasimi olub.

Mərasimdə türkiyəli iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan da iştirak edib.

B.Ərdoğan Kənd Təsərrüfatı naziri İnam Kərimovla birgə festivalın rəmzi lentini kəsib.

Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.

Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar iştirak edir.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına yerli iştirakçılar və turistlərlə yanaşı, xarici ölkələrdən çoxsaylı fəxri qonaqlar da qatılıb.

“Yaylaq Yurdu” adlı etnoqəsəbə artıq Gədəbəydə işinə başlayıb.

Mədəni-etnoqrafik hissədə tamaşalar, qədim xalq oyunları təşkil ediləcək, yaylaq mətbəx nümunələri, xüsusən də odun üzərində xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və digər yeməklər bişiriləcək.

Həmçinin yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış yarmarkası olacaq.

Festival müddətində Azərbaycanda tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq ölkədə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

Tədbirdə qonaqlar və turistlər arasında kəndirdartma kimi kütləvi yarış və oyunlar təşkil ediləcək.


Son xəbərlər