Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağsuda güclü yanğının ilkin səbəbi açıqlandı - YENİLƏNİB

25.07.2019 13:31 3 718
Ağsuda güclü yanğının ilkin səbəbi açıqlandı - YENİLƏNİB
Ağsunun Keçdiməz kəndi ərazisindəki quru ot sahəsində baş vermiş yanğının böyük bir hissəsi söndürülüb, ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Bu barədə oxu.az-a Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Kallar Komissiyasının sədri İqbal Mikayılov bildirib.

Onun sözlərinə görə, hadisə rayonun Keçdiməz kəndinin dağlıq ərazisində baş verib:

“Təxminən 20 hektara yaxın kolluq-örüş sahəsi tamamilə yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi işi tədricən başa çatır”.

İ.Mikayılov deyib ki, yanğının hansı səbəbdən başladığı hələlik məlum deyil, sadəcə, ilkin ehtimallar var:

“Həmin ərazidən bir az aralıda bulaq var. İlkin ehtimala görə, bulağa qalxan şəxslərdən kimsə siqareti çəkərək yerə atb. Ehtiyatsızlıqdan da yanğın əmələ gəlib. Təbii ki, bu, ilkin ehtimaldır, dəqiq səbəb araşdırmadan sonra məlum olacaq”.

* * * * *

Ağsu rayonunda güclü yanğın başlayıb.


Oxu.az-ın məlumatına görə, yanğın rayonun Keçdiməz kəndi ərazisində baş verib.

Quru ot sahəsində başlayan yanğın qısa müddətdə geniş ərazini əhatə edib.

Hadisə yerinə Ağsu və Şamaxı rayonlarından Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və iki yanğınsöndürən texnikası cəlb edilib.

Yanğının hələ də davam etdiyi bildirilir.
скачать dle 11.3
Mojo.az Banner