Mojo.az Banner
23:01 Tarixin ən fəlakətli ili məlum oldu  |     22:54 Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?  |     22:51 Azərbaycan Ordusu ilə bağlı saxta video yayılıb  |     22:50 Oman sahilləri yaxınlığında tankerə hücum edilib  |     22:22 Yuxuda qızıl tapmaq nə deməkdir?  |     22:17 Polis 1 tondan çox çətənə kolunu məhv etdi  |     22:12 Britaniyada "Harri Potter" filmindəki qatara görə parovozlar qadağan edildi  |     22:06 Maştağada 52 yaşlı kişinin meyiti tapıldı  |     22:00 "Bəxt quşu" 4 BÜRCÜN çiyninə qonacaq  |     21:52 Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət alıb  |     21:46 İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?  |     21:41 Trampın sosial media paylaşımları pulla satılacaq  |     21:32 "Moody’s" SOCAR-ın reytinqini açıqladı  |     21:27 Konqoda Ebola virusundan ölənlərin sayı artır - Son rəqəmlər  |     21:19 Niyə toksik insanların çoxlu dostu olur? – SƏBƏBİ  |     21:13 İraqda Starlink rəsmi fəaliyyətə başlayır  |     21:00 Əhmədabad şəhərində güclü partlayış - Ölənlər var  |     20:53 Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub  |     20:41 Gəncədə bir yaşlı uşaq xəstəxanada öldü  |     20:35 Qadınlarda kişilərdə olmayan genetik müdafiə mexanizmi aşkarlandı  |    
Left Banner
Right Banner

Azərbaycanda kafedə DƏHŞƏTLİ HADİSƏ: sahibkarı müdafiə etdiyinə görə öldürüldü

24.07.2019 20:36 2 261
Azərbaycanda kafedə DƏHŞƏTLİ HADİSƏ: sahibkarı müdafiə etdiyinə görə öldürüldü
Quba rayonunda qətl törədilib.

Median.Az
publika.az-a istinadən xəbər verir ki, iyulun 22-də saat 23 radələrində Quba rayonunun Aşağı-Atuc kəndi ərazisindəki kafelərdən birinin qarşısından Aşağı-Xuc kənd sakini Babək Şükürov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Quba RPŞ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş C.Əhmədxanov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, araşdırma aparılır.

İlkin araşdırmalar zamanı məlum olub ki, C.Əhmədxanov dostu ilə kafedə xeyli vaxt oturub. Kafe sahibi ona xeyli vaxtdır yeri məşğul etdiyini deyib və masanı boşaltmasını xahiş edib. Lakin C.Əhmədxanov kafe sahibinin sözünə əməl etməyib və onunla mübahisə etməyə başlayıb. Bu zaman digər masada olan 30 yaşlı Babək həmin şəxsə sakit olmasını bildirib. Daha əvvəl də həbsxana həyatı yaşamış Əhmədxanov Babəkin sözünə əsəbiləşib və onunla dava etməyə başlayıb. O, üzərində gəzdirdiyi bıçaqla kafe sahibini müdafiə edən şəxsə ağır xəsarət yetirərək onu qətlə yetirib.
скачать dle 11.3
Mojo.az Banner