Mojo.az Banner
Left Banner
Right Banner

Bakıda dələduzluq edən Şamaxı sakini saxlanılıb

24.07.2019 14:23 2 909
Bakıda dələduzluq edən Şamaxı sakini saxlanılıb
Median.Az xəbər verir ki, iyulun 23-də metronun “28 May” stansiyasının qarşısında naməlum şəxs Bakı şəhər sakini olan yeniyetməni aldadıb, ona məxsus 1200 manat pulunu ələ keçirib.

DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini H.Niftəliyev saxlanılıb.

Faktla bağlı CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3
Mojo.az Banner