Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır

23.07.2019 14:21 1 589
Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır
"Şəki Xan Sarayı turistləri qəbul etməyə prinsipcə hazırdır”.

Bunu "Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Şəki Xan Sarayında bərpa, budanma və təmizlik işləri yekunlaşıb: "Hazırda saraya girişin bərpa olunması istiqamətində digər dövlət qurumları ilə razılaşdırılma prosesi gedir. Çünki burada təhlükəsizliyə cavabdeh olan qurumlar var. Prinsipcə saray turistləri qəbul etməyə hazırdır. Razılaşdırılma prosesi bitəndən sonra Şəki Xan Sarayı tam istifadəyə veriləcək. Yəni, Şəki Xan Sarayının açılışı dövlət strukturları arasında razılaşdırılma prosesindən sonra baş tutacaq. Çünki elə məsələlər var ki, bizim səlahiyyətimizdə deyil. Misal üçün, Şəki Xan Sarayında baş vermiş hadisə ilə əlaqədar olaraq bəzi məsələlər Fövqəlada Hallar Nazirliyinə bəziləri Baş Prokurorluğa, digər məsələlər isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir. Biz hazırda bu qurumların müsbət rəyini gözləyirik”.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır. Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib.скачать dle 11.3
Mojo.az Banner