Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı alimdən xərçəngin müalicəsində yenilik - VİDEO

22.07.2019 23:37 2 648
Azərbaycanlı alimdən xərçəngin müalicəsində yenilik - VİDEO
Dünya şöhrətli azərbaycanlı alim Adil Allahverdiyevin adı bir çox xəstəliklərin müalicəsində və vaksinlərin kəşfində çəkilir. Hazırda Türkiyədə yaşayan professor indi də xərçəngə qarşı yeni metod üzərində işləyir.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, Adil Əliyev ömrünün böyük bir hissəsini tibb elminə və yeni kəşflərə həsr edib. O, həyat yoldaşı Məlahət Bağırova ilə birlikdə qurduğu hüceyrə kulturası və toxuma mühəndisliyi laboratoriyasında bir çox elmi kəşflərə imza atıb.

Bunlardan Dünya Səhiyyə Təşkilatının tropikal xəstəliklər üzrə tədqiqatlar bölməsində 6 ciddi xəstəlik olan "Leyşmaniya" qamçılı parazit xəstəliyinin diaqnostikası sahəsindəki kəşfi hazırda dünya tibbində tətbiq olunmaqdadır.

El arasında "Qara azar" kimi tanınan "Leyşmaniya" xəstəliyinin diaqnostikası ilə yanaşı, müalicəsində istifadə olunan vaksinin də kəşfi Adil Allahverdiyevin adı ilə bağlıdır. Həm heyvanlar, həm də insanlar üzərində sınaqdan keçirilən vaksinlər Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənərək istehsal edilir. Adil Allahverdiyev hazırda rəhbərlik etdiyi heyətlə bərabər dünyanı ağuşuna alan xərçəng xəstəliyinin müalicə yollarının tapılması istiqamətində ciddi araşdırmalar aparır.

Azərbaycanlı alim xərçəng xəstəliyinin müalicəsi üçün vaksinlərin hazırlanmasında yeni metodlar işləyib hazırladıqlarını və artıq xərçəngli toxumalarda uğurlu nəticələr əldə olunduğunu deyir.

Azərbaycanlı alimin yazdığı kitablar Türkiyə universitetlərində dərslik kimi istifadə olunur. O, tədqiqatlarını davam etdirəciyini və bu sahədə bir ilkə imza atacağını deyir.скачать dle 11.3
Mojo.az Banner