Mojo.az Banner
15:14 Ölkəmizdə minlərlə iş yeri açılacaq — BU SAHƏLƏRDƏ  |     15:01 Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü  |     13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azyaşlı yaşadığı evi tərk edərək küçədə gecələyib

22.07.2019 19:32 1 730
Azyaşlı yaşadığı evi tərk edərək küçədə gecələyib
Abşeron rayonunda azyaşlı yaşadığı evi tərk edərək küçədə gecələyib.

Median.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Abşeron rayon sakini, 9 yaşlı Tunar Əhmədlinin anası Aysel Hacıyeva tərəfindən döyüldükdən sonra evi tərk etdiyi güman edilir. Küçədə gecələyən uşaq bir neçə gündən sonra polislər tərəfindən tapılaraq "Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi"nə gətirilib. Uşağın ilk ifadəsində məlum olub ki, 4 gün küçədə qalıb və buna səbəb anası tərəfindən şiddətə məruz qalmasıdır.

Baş vermiş hadisə ilə bağlı "Azərbaycan Uşaqları Birliyi" İctimai Birliyi və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə Trend-ə açıqlamasında bildirib ki, hadisə ilə Abşeron Rayon Polis idarəsi və Rayon Prokurorluğu ciddi məşğul olur:
“Uşaq bizə polis əməkdaşları tərəfindən gətirilib, onun üzərində zorakılıq izləri də var idi. Anasını tapmaq mümkün olmadığından biz sosial şəbəkələrdə Tunarın şəklini paylaşdıq və onu tanıyanlardan bizimlə əlaqə saxlamağı xahiş etdik. Ötən gün isə uşağın atası Rasim Əhmədli bizimlə əlaqə yaratdı və bu gün mərkəzə gəldi. Onunla söhbətdən sonra məlum oldu ki, Aysel Hacıyeva ilə boşanıblar, bu evlilikdən iki övladları var. Tunar uzun zaman atası ilə qalmağı israr edib, ancaq aliment probleminə görə Aysel övladını atasının yanına buraxmayıb və uşağa qarşı şiddət göstərib”.

Mərkəz sədri qeyd edib ki, Tunar hazırda məhkəmə-tibbi ekspertizasına göndərilib:

“Biz sonradan Aysel Hacıyeva ilə də görüş keçirmişik və ilkin ehtimallara görə, uşağın bədənində olan xəsarətlər ana tərəfindən olub. O bildirib ki, Rasim Əhmədli uzun zamandır yığılan borcu az miqdarda ödəyib. Aysel hazırda yeni ailə qurub və bu nikahdan iki övladı var, birinə isə hamilədir. Tunar hazırda ekspertizadadır və çox güman ki, hadisə öz təsdiqini taparsa, anaya cinayət işi açılacaq, istintaqa cəlb olunacaq”.скачать dle 11.3
Mojo.az Banner