Mojo.az Banner
22:21 Novxanıda sürət qatarı qarşısına çıxan piyadanı vurub öldürdü  |     22:14 Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalandı  |     22:08 Mənimsəmədə ittiham olunan şirkət direktorunun cinayət işinə xitam verildi  |     22:01 "Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı  |     21:57 Rusiyada "WhatsApp" tamamilə bloklandı  |     21:47 Gəncədə ana 40 günlük körpəsindən imtina etdi  |     21:36 Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı  |     20:58 Duman Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti ləngidir  |     20:56 Qadını sosial şəbəkə ilə hədələyən şəxs saxlanıldı  |     20:34 Külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbərinin cinayət işinə xitam verildi  |     20:02 İlhamə Elşadqızı barəsində olan hökmdən şikayət etdi  |     19:35 İsrail və ABŞ İrana təzyiqi artırır  |     19:27 Unudulan xəstəliklər geri qayıdır - Peyvəndlər azaldı, ölümcül virus ortaya çıxdı  |     19:04 Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq  |     18:49 Azərbaycan XİN Kanadaya başsağlığı verdi  |     18:34 Pezeşkian Azərbaycana təşəkkür etdi  |     18:17 Valideynlər övladlarına iş dəftərlərini almalıdırlar?  |     18:02 Rusiya vətəndaşları Azərbaycanda nə üçün kütləvi mənzil alırlar? - Video  |     17:51 Paytaxtın bəzi küçələrində sıxlıq var  |     17:45 Zabratda evdə yıxılan qadın öldü  |    
Left Banner
Right Banner

Övladınızı internetdən uzaq tutmağın yolları- Psixoloqların MƏSLƏHƏTİ

20.07.2019 22:55 2 282
Övladınızı internetdən uzaq tutmağın yolları- Psixoloqların MƏSLƏHƏTİ
Böyüklər kimi uşaqlarda da internet asılılığının olduğu danılmazdır. Çox kiçik yaşlardan başlayaraq uşaqların əksəriyyəti günün çox hissəsini internetdə keçirir, texnoloji vasitələrsiz - telefonsuz, kompütersiz, planşetsiz qala bilmirlər. Bu, alışqanlıq halını alıb. Valideynlər isə bunun qarşısını almaqda çox zaman aciz görünürlər. İnternet- telefon, kompüter asılılığını necə aradan qaldırmaq olar? Bu vərdişi nə ilə əvəzləmək mümkündür? Ümumiyyətlə, mümkündürmü?

Median.Az
e-tibb.az-a istinadən Nəfəs Psixonevroloji Sağlamlıq Mərkəzi mütəxəssislərinin bu mövzuda hazırladığı məqaləni təqdim edir:

Texnologiya, internet, robotlar və vizuallığın ön planda olduğu 21-ci əsrdə uşaqlarda kitab oxumaq, rəsm çəkmək kimi fəaliyyətlərə maraq yaratmaq çətinləşir. Ağıllı telefonlar, video oyunları, planşetlər uşaqları internet dünyasının böyük parçası halına gətirir. Bu durum günü-gündən irəliləyir və fərqində olmadan bir çox təhlükəni də özü ilə bərabər gətirir.

Uşaqlar video izləyərkən ya da oyun oynayarkən beyin davamlı olaraq rəngli video, fotolarla məşğul olduğu üçün diqqət və fokuslanmağa ehtiyac olan zamanlarda çətinlik çəkir. Məsələn, kitab oxumaq, rəsm çəkmək, yazı yazmaq, ev tapşırıqlarını etmək, dərs oxumaq kimi fəaliyyətlər buna nümunə ola bilər. Bu uşağın təkcə zehni deyil, sosial inkişafını da olduqca mənfi yöndə təsir edir və asosyal pozuntulara kimi gətirib çıxara bilir. Bununla bərabər, son illərdə diqqət əskikliyi, öyrənmədə problemlər kimi halların artmasının ən başlıca səbəblərindən biri virtual dünyanın daxilində olmaqdır.

Bu zaman valideynlərin sürətlə irəliləyən təhlükə haqqında maariflənməsi və lazımi tədbirlər görməsi olduqca önəmlidir.

Valideynlərin diqqət etməli olduqları:

Valideynlər övladlarını daha yaxşı tanıyırlar. Övladınız maraq dairələri, sevdiyi şeylər haqqında məlumatlısınız. Onun sevdiyi şeylərə istiqamətlənərək gerçək dünyaya yönləndirməniz vacibdir.

Uşağın dünyası oyun təməlidir. Hər sahədə inkişaf göstərə bilməsi üçün oyun oynaması önəmlidir. Burda oyun - virtual dünyadan uzaqda olan oyuncaqlarla və yaradıcılığını istifadə edərək oynadığı gerçək oyunlardır. Ona maarifləndirici və inkişafını təmin edəcək oyuncaqlar almaq, birlikdə oyuncaq seçimi etmək faydalı olacaqdır.

Övladınızla birlikdə zaman keçirməyə çalışın. Ana-ata ilə oyun oynamaq, parka getmək, film izləmək ya da teatra getmək kimi müxtəlif fəaliyyətlər onun internetdən uzaq qalmasını təmin edəcəkdir.

Uşağınıza oyun oynayacağı, kitab oxuya biləcəyi, bir sözlə evin içərisində azad, rahat vaxt keçirə biləcəyi şərait yaradın. Ona aid olan bir oyun sahəsi hazırlamaq müsbət nəticə verəcək.

Övladınıza kitab oxuma vərdişi qazandırın. Kitabların dünyasındakı sehri kəşf edən uşaqların internetdə az vaxt keçirdiyini görəcəksiniz. Birlikdə bukinistləri, kitab mağazalarını gəzin. Maraq dairəsinə uyğun kitablar alın. Gün içərisində dəqiq vaxtlar təyin edin və oxumağa ayırmasını təmin edin.

Maraq dairəsinə uyğun bir kurs tapın ya da müxtəlif aktiv fəaliyyətlərə qatılmasını təmin edin. Uşağınızı istedadına və istəklərinə uyğun yönləndirin. Məsələn, rəqs kursu, gimnastika, idman ilə əlaqəli hər hansı bir kurs, musiqi aləti çalmağı öyrənməsi, kitablarla, təbiətlə bağlı sosial aktivlik onun gerçək dünyanın içərisində qalmasını təmin edəcəkdir.

Uşaqlara məsuliyyət verin. Yaşına və inkişafına uyğun olaraq ev içində və xaricində məsuliyyətlər verin. Beləliklə, etməsi lazım olan işləri tamamlaması olduğunu öyrənəcək, gerçək dünyadan qopub virtual dünyaya qoşulmayacaq.

Uşağınızla maraqlandığınızı ona qarşı olan sevginizi mütləq hiss etdirin. Beləliklə, sizin marağınızın fərqində olacaq, sizinlə vaxt keçirməyi sevməsini təmin edəcəksiniz.

Uşaqlar valideynlərini nümunə götürərək inkişafda olurlar. Bu səbəbdən texnologiya sahəsində ona nümunə olmanız lazımdır. Ailənizlə vaxt keçirdiyiniz zamanlarda televizor, kompüter və telefondan uzaq durmaq onun üçün faydalı olacaq.

İnkişaf edən dünyada texnologiyadan uzaq yaşamaq, əlbəttə ki, mümkün deyil. Övladınıza təyin edilmiş vaxtlarda telefon və planşetdən istifadəsinə icazə verin. Ancaq bu məsələdə dəqiq qaydalarınız olsun və mütləq qaydaları dəqiqliklə tətbiq edin.

Bu qaydalara riayət etmək məsələsində problem yaşanırsa, planşet ya da telefonla maraqlanmadıqda aqressivləşirsə, ona alternativlər göstərin. Məsələn velosiped sürməyə getmək, birlikdə topla oynamaq, filmə getməyi təklif edin.

Uşaqları virtual dünyadan və onun mənfi tərəflərindən qorumaq valideynlərin ən mühüm vəzifələrindən biridir. Çox zaman uşağın qulaqlığı taxıb video izləməsi, oyun oynaması valideynlər üçün, özünə vaxt ayırmaq üçün uyğun zaman kimi görünsə də, əslində, təhlükəni də özü ilə bərabər gətirir. Uşağınızı gerçək dünyada, gerçək münasibətlər qurması mövzusunda dəstəkləməniz bu səbəbdən önəmlidir.скачать dle 11.3
Mojo.az Banner