Mojo.az Banner
11:53 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  |     11:16 Bu şəxslər 2000 manatadək cərimələnə bilərlər  |     11:14 Məktəblərdə "saat savaşı" — Dərs bölgüsü hansı prinsiplərlə aparılmalıdır?  |     23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

28 min abituriyent arasında maksimum balı bu qız toplayıb - FOTO

19.07.2019 19:20 4 587
28 min abituriyent arasında maksimum balı bu qız toplayıb - FOTO
Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

İmtahanda III ixtisas qrupu üzrə bir abituriyent Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu Zülfiyeva Səbinə Novruz qızı ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

Maksimum bal toplayan abituriyent Oxu.Az-a danışıb.

O, bakalavr təhsilini Azərbaycanda alacağını deyib:

“Buraxılış imtahanında 270 bal toplamışam. Hüquq fakültəsini seçəcəyəm. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ya Bakı Dövlət Universitetində təhsil alacağam. Magistratura təhsilimi isə xaricdə davam etdirəcəyəm”.

Səbinə Zülfiyeva qeyd edib ki, ona ən böyük dəstəyi anası göstərib:

“Müəllimimin mənim üzərimdə rolu böyükdür. İngilis dili və tarix fənnindən dərs deyən müəllimlərim məni universitetə təmənnassız hazırlaşdırıblar. Onlara, məktəb direktoruna, xüsusilə anama təşəkkür edirəm. Hər biri mənə dəstək olublar”.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarında 28 291 abituriyent iştirak edib.

скачать dle 11.3
Mojo.az Banner