Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan idmançısı Paralimpiya Oyunlarına vəsiqə qazandı

18.07.2019 19:30 2 090
Azərbaycan idmançısı Paralimpiya Oyunlarına vəsiqə qazandı
Azərbaycanlı paralimpiyaçılar “Tokio 2020” Paralimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.

Median.Az
-ın oxu.az-a istinadən xəbərinə görə, parapauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən parapauerliftinq üzrə dünya çempionatında Elşən Hüseynov bu gün yarışlara qatılıb.

107 kq çəki dərəcəsində yarışan idmançımız 217 kq çəki qaldırıb.

E.Hüseynov belə bir nəticə göstərməklə dünya reytinqində 4-cü yerini möhkəmləndirib və Paralimpiya Oyunlarına lisenziyasını təmin edib.

Son xəbərlər